Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:15

“Mərkəzi Bank bankların çaldığı havanı oynayır...”


Mərkəzi Bank (www.cbar.az)
Mərkəzi Bank (www.cbar.az)

►Ekspertin fikrincə, Mərkəzi Bank bankların acınacaqlı durumunu pərdələmək üçün bank nəzarəti tələblərini yumşaldır

Banklar nəzarətdə olan kreditlərə görə indən belə 5 faiz əvəzinə 1-2 faizlik ehtiyat yaradacaq.

Buna Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklərin qüvvəyə minməsi imkan verib.

“Nəzarətdə olan” deyərkən, ödənişi 90 günədək gecikdirilən kreditlər nəzərdə tutulur. Məsələn, bank, bütövlükdə 300 milyon manat kredit verirdisə, onun 200 milyon manatının qaytarılmasını borclular 3 ayadək gecikdirirdisə, bank bu halda 10 milyon manat ehtiyat yaratmalı idi.

İndən belə həmin ehtiyatın məbləği 2-4 milyon manat civarında olacaq.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bir başqa dəyişikliyin də bank ehtiyatlarını azaldacağını deyir:

“İndiyədək müddəti uzadılmış kreditlər üçün daha az ehityat yaratmaq yalnız o halda mümkün idi ki, kreditin, heç olmasa, yarısı qaytarılsın və onun ödəniş problemi olmasın. Bundan sonra aylıq əsasda ödənilən kredit üzrə 6 ay müddətində gecikmə müşahidə edilməsə, ehtiyatları azaltmaq mümkün olacaq. Həmin kreditin 99 faizi ödənməsə də”.

Buna da bax: “Sehrli xalat” sənədli film oldu

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ekspert bunu belə izah edir:

Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır.

“Tutalım, bank öz sahibinə yaxın şirkətə 3 illiyinə 100 milyon manat kredit verib və ayda, təxminən, 3 milyon manat ödəməlidir. Kreditin qaytarılması 6 ay yubadılarsa, belə kredit təhlükəli kredit sayılır və 60 faizlik (bu halda 60 mln. manat!) ehtiyatın yaradılmasını tələb edir. Bank kreditin müddətini 15 ilədək uzadarsa, bundan sonra borclu ayda 3 milyon deyil, 600 min manat ödəyəcək. Aylıq ödənişlərin miqdarı endiyindən 6 ay ərzində gecikmə olmayacaq. Bu əsasla bank 60 milyon əvəzinə, 30 milyon manat ehtiyat saxlayır, yəni krediti təhlükəli kateqoriyasından qeyri-qənaətbəxş kateqoriyasına keçirir. Yenə 6 ay keçir və bank 30 milyon əvəzinə, 2 milyon manat ehtiyat saxlayır. Əslində, borclu krediti qaytarmaq iqtidarında deyil, kreditdən ümid üzülüb. Sadəcə, bank ehtiyatın azaldılması hesabına başqa yaxın şirkətə kredit verib və birinci kredit də yeni kreditin hesabına qaytarılır. Bir sözlə, bank hamını aldadır və maliyyə vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Ən vacibi isə budur ki, bu zaman heç bir qanun pozulmur. Çünki son qərarı ilə Mərkəzi Bankən özü bu qanunsuzluğa qanuni əsas yaradıb”.

Buna da bax: "İlqar Məmmədovun həyatına təhlükə var"

“Mərkəzi Bank əhalini təhlükə altına qoyur”

Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank bankların acınacaqlı durumunu pərdələmək üçün bank nəzarəti tələblərini yumşaldır:

“Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə, əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun!”.

Ekspert bildirir ki, Mərkəzi Bank bəzi bankların əhalinin əmanətlərini qaytarmamasına da xeyli müddətdir göz yumur:

“Həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur”.

XS
SM
MD
LG