Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:01

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

10:46 1.11.2015

Öncədən kəsilmiş topa bülletenlər

33 saylı Xətai Seçki dairəsinin 22 saylı məntəqəsində öncədən kəsilmiş topa bülletenlər müşahidə edilib:

10:38 1.11.2015
MSK: 12.8 faiz səs verib

Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 min 732 seçici səs verib.

Bu isə 12.8 faiz seçici fəallığı deməkdir.

Seçicilərin ümumi sayı 5 milyon 198 min 658 nəfərdir.

10:20 1.11.2015
«Dəstə-dəstə səs verirlər»

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Quliyev bildirir ki, 79 saylı İmişli seçki dairəsinin məntəqələrində müvafiq məntəqə üzrə qeydiyyatda olmayan şəxslər dəstə ilə gəlib səs verir. Bunun səbəbini komissiyanın üzvlərindən soruşduqda isə onlar heç bir izahat vermirlər.

10:14 1.11.2015
«Gözləyirik ki…»

17 saylı Yasamal üçüncü seçki dairəsinin 19-20 saylı məntəqələrində səs verən Yol polisi əməkdaşı Arif Kazımov AzadlıqRadiosuna bildirib ki, müdaxilə olmadan səsvermədə iştirak edib. «Təzyiq yox idi, heç bir problem baş verməyib».

Rəhilə Cavad qızı isə səsvermədən sonra deputatlardan gözləntisi haqda danışıb: «Evlərimiz sökülür. Gələcəkdə deputatlarımızdan gözləyirik ki, evimizi öz qiymətinə alsınlar. Düzgünlük olsun. Deputatlar işə düzgün baxsınlar».

Davamı

XS
SM
MD
LG