Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:24

Nardarana şərt kəsdilər


Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev

-

«Nardaran qəsəbəsində abonentlərin elektrik enerjisi təchizatının dayandırılması istifadə olunmuş enerjinin haqlarının ödənilməməsi ilə əlaqədardır».

Bu barədə APA-ya qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, noyabrın 20-də «Azərişıq» ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərə xəbərdarlıq edilib ki, bu il noyabrın 23-də, saat 12:00-dan etibarən elektrik enerjisinin verilişi dayandırılacaq.

«Hazırda qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanılıb, hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər», - deyə qurum rəsmisi bildirib.

T.Mustafayev qeyd edib ki, yeni şərtlərə əməl edən Nardaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.

Noyabrın 26-da Nardaranda polis əməliyyat aparıb, olay zamanı 7 nəfər ölüb, 30-dən çox adam həbs olunub. Bundan sonra bir neçə gün kəndə giriş-çıxış məhdudlaşdırılıb, elektrik enerjisinin verilməsi dayandırılıb.

XS
SM
MD
LG