Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:01

Manat qəzetlərə də zərbə vurdu


►“Yeni Müsavat” əməkdaşlarını ixtisar edəcək, “Azadlıq” qiyməti qaldıracaq

İki gün qabaq manatın 50 faizlik devalvasiyasından sonra çar-naçar çıxış yolu axtaran “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov deyir ki, qəzetin çap variantının mövcudluğu artıq sual altına düşüb.

Bu ilin fevralında manatın birinci devalvasiyasından sonra “Yeni Müsavat” qiyməti qaldırmaq istəsə də, sonradan fikrindən vaz keçib:

“Camaatın vəziyyəti onsuz da yaxşı deyildi, üstəlik, qəzeti də 50 qəpik etməyimiz satışa təsir göstərərdi”.

Ələsgər Süleymanov deyir ki, artıq qəzeti 50 qəpik etmək çıxış yolu deyil:

“İndi düşünürük, qəzetin tirajınımı endirək, dövriliyimi azaldaq, işçilərimi ixtisar edək? Yəqin ki, ixtisara gedəcəyik. Proqnozlar pisdir, qəzetin dayanma təhlükəsi var. Vəziyyətdən çox narahatıq. Bıçaq sümüyə dayanıb”.

Buna da bax: Kadırov onu WhatsApp-da "biabır edən" qadını danlayır- [Video]

“Əl yayımı, metroda satış bərpa olarsa...”

Müsahibimiz xatırladır ki, qəzetin çapında istifadə olunan kağız və digər şeylər xaricdən alındığı üçün çap xərcinin artacağı gözlənir. O deyir ki, əslində qəzetin satışına qoyulan süni maneələr aradan qaldırılsa, vəziyyətdən çıxmaq olar. Bunun üçün əl yayımı, metroda satış, qəzet satan obyektlər bərpa olarsa, bu, qəzetlərin tirajının artmasına səbəb olar.

Hökumət qəzet satışına qoyulan süni maneələri aradan qaldırmasa, qəzetlərin vəziyyəti daha da ağırlaşacaq, işsizlər arasında jurnalist ordusu da olacaq.

Ələsgər Süleymanlı reklam bazarına ümid etmir, deyir ki, xüsusilə indiki vaxtda, manatın ucuzlaşmasının yaratdığı, neft gəlirlərinin azaldığı bir zamanda reklam bazarının dirçələyəcəyini gözləmək sadəlövhlük olardı:

“Ancaq müstəqil qəzetlərə az da olsa reklam gəlməsi vəziyyəti yumşaldardı. Hökumət qəzet satışına qoyulan süni maneələri aradan qaldırmasa, qəzetlərin vəziyyəti daha da ağırlaşacaq, işsizlər arasında jurnalist ordusu da olacaq”.

Buna da bax: Neftin 141 milyard manatı hansı problem həll etdi?

“Gücü sayta verə bilərik”

“Yeni Müsavat” qəzet variantını dayandırarsa, gücünü sayta verəcək”, - baş direktor deyir. Ancaq onu da əlavə edir ki, saytdakı materiallar yenə də pulsuz oxunacaq:

Rəhim Hacıyev
Rəhim Hacıyev

“Əgər pullu etsək, oxucuların sayı yüksək faizlə azalacaq. Çünki Azərbaycanda saytları pullu oxumaq ənənəsi yoxdur”.

“Azadlıq” qəzeti yanvardan qiymətini qaldıracaq. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev hələlik qiyməti açıqlamır, deyir, bircə bildikləri odur ki, qiymətin qaldırılması labüddür:

“Devalvasiya “Azadlıq”ın onsuz da ağır maliyyə vəziyyətini daha da ağırlaşdıracaq. Biz çox çətinliklə, əməkdaşların böyük fədakarlığı, aylarla maaş ala bilməməsi şəraitində qəzeti buraxa bilirdik”.

Qəzetin saytı var, amma çap versiyasını dayandırmağı düşünmürlər: “Əgər çapı dayandırsaq, bu, saytımızın da bağlanması demək olar. Çünki “Azadlıq”ın yeganə gəlir mənbəyi qəzet satışıdır”, - Rahim Hacıyev əlavə edir.

“Bizim yol” qəzeti isə hələ ki, mətbəələrin tutacağı mövqeyi gözləyir. Baş redaktor Bahədddin Həziyev deyir ki, mətbəə hələ ki, çap xərcini artırmayıb:

“Çap xərcinin qalxması haqda bizə mətbəədən bir söz deyilməyib. Ona görə də bunu müzakirə etməmişik”.

Masallıda çıxan və 7 rayona yayılan “Cənub xəbərləri” qəzeti dekabrın 22-də maliyyə çətinlikləri ilə bağlı çapını dayandırdığını bəyan edib.

XS
SM
MD
LG