Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:36

Əli Məsimli: «Çətinliklər bölüşdürülməldir»


Əli Məsimli
Əli Məsimli

-

«Azərbaycan əhalisi zəif manata adaptasiya olmalıdır».

report.az-ın verdiyi xəbərə görə, bu fikirləri deputat Əli Məsimli dekabrın 29-da parlamentin plenar iclasındakı çıxışında deyib: «Bayramda ajiotajın yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra «qara bazar»dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər».

Ə.Məsimli həmçinin 50 faizlik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə düşməsini düzgün saymır: «Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya da restrukturizasiya - uyğun variantlar seçilməlidir».

«Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, artırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə, manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək», - deyə millət vəkili əlavə edib.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin 25-30 dollar/barrelə qədər enməsi ehtimalına hazır olmalı, Mərkəzi Bank isə bunun üçün iş görməlidir.

Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, hökumət və Mərkəzi Bank bu istiqamətdə tədbirlər planı hazırlayır: «Yaxın günlərdə əhali bunu müşahidə edəcək».

XS
SM
MD
LG