Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Rusiya Türkiyə ilə vizasız rejimi dayandırdı


Rusiya Türkiyə qarşıdurması
Rusiya Türkiyə qarşıdurması

Yanvarın 1-dən Rusiya Türkiyə ilə vizasız rejimin fəaliyyətini dayandırıb.

Bu qərar ötən il noyabrın sonlarında qəbul olunub. Türkiyəyə qarşı sanksiyalar haqqında prezidentin fərmanı ilə təsbit edilib.

Ankara hələlik Moskvanın hərəkətlərinə cavab tədbiri kimi ruslara qarşı viza rejimi tətbiq etmək niyyətində deyil.

Bunu Türkiyə səfirliyinə istinadən Rusiyanın İnterfax agentliyi xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 27-də bildirib ki, viza rejiminin ləğvi Türkiyə tərəfdən gələn «terror təhlükəsi» ilə bağlıdır.

Rusiya və Türkiyə arasında münasibətlər noyabrın 24-də Türkiyənin Suriya-Türkiyə sərhəddində Rusiyaya məxsus Су-24 bombardmançı təyyarəsini vurandan sonra pisləşib.

Türkiyə bildirib ki, Rusiya təyyarəsini onun hava məkanını pozduğuna görə vurub.

Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG