Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:45

Toyuq fermalarının sahiblərinə cinayət işi açıldı


-

"“Giləzi”, “Hacıqabul” və “Astel LTD” quşçuluq fabriklərinin vəzifəli şəxsləri yumurta satışında qiymətləri bahalaşdırıblar."

Bu, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin montorinqi zamanı aşkar olub.

İqtisadiyyat və Sənaye Nazirliyi, ölkə prokurorluğu materialları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib.

İdarətoplanmış materiallar əsasında yanvarın 12-də vəzifə səlahiyyətlərindən sui-istifadə, istehlakçıları aldatma maddələrilə cinayət işi başlanıb.

Məlumatda deyilir ki, "təqsirkarların müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları yönündə istintaq-əməliyyat tədbirləri davam edir."

Bundan əvvəl prezident qiymətlərin süni artırılmasına qarşı daha ciddi addımlar atılmasına çağırmışdı.

Bəs süni qiymət artıranlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:13:34 0:00

XS
SM
MD
LG