Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:38

Gəncə məhkəməsi Rəsulzadə ilə bağlı Müsavatın şikayətini geri çevirir


Naqif Həmzəyev
Naqif Həmzəyev

-

Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli bildirib:

Vəkil deyir ki, hakim Akif Zeynalov «Müsavat Partiyasının subyektiv hüququ olmadığına görə Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini müdafiə iddiası qaldıra bilməz» deyərək iddianı təmin etməyib.
Vəkil isə öz növbəsində hakimin bu yanaşmasını əsassız adlandırıb.

«Bu, mövcud hakimiyyətin M.Ə.Rəsulzadə şəxsiyyətinə münasibətinin göstəricisidir. Bunu başqa cür dəyərləndirmək mümkün də deyil» - N.Kərimli qeyd edib.

Müsavat Partiyası deputat N.Həmzəyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə verib. Partiya deputatın Rəsulzadəni təhqir etdiyini bildirib. Deputat isə bu iddiaları qəbul etmir.

Partiya məhkəmədən deputatın ölkə mətbuatında Azərbaycan xalqından və M.Ə.Rəsulzadənin ailə üzvlərindən üzr istəməsi barədə qətnamə çıxarılmasını istəyirdi.

XS
SM
MD
LG