Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:54

Şah İsmayıl sərgisinə hazırlıq gedir


►Bu, Azərbaycanda Şah İsmayıla həsr olunmuş ilk sərgidir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin hazırlıqları davam edir.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, 130-dan artıq unikal eksponatın nümayiş olunacağı sərgidə müxtəlif xarakterli əyani vəsaitlər də göstəriləcək.

Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş əks etdirmək məqsədilə sərgidə 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner qurulmaq üzrədir.

Hazırda sərgidə aşağıdakı bölmələr tərtib olunur: “Görkəmli alimlər I Şah İsmayıl haqqında”, “I Şah İsmayılın şəxsiyyəti”, “I Şah İsmayılın etnik mənşəyi”,“I Şah İsmayılın uşaqlıq illəri”, “Cabani döyüşü”,“Almaqulağı və Şərur döyüşləri”, “I Şah İsmayılın 1503-1509-cu illərdə qazandığı qələbələr”,“Mərv döyüşü”, “Çaldıran döyüşü”,“I Şah İsmayılın 1514-1524-cü illərdəki fəaliyyəti”, “Ərdəbildə Şeyf Səfi kompleksi”, “Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu”, “I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin iqtisadiyyatı”, “I Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövlətinin mədəniyyəti”,“Məhəmməd Füzuli”, “I Şah İsmayıl Xətainin xatirəsinin əbədiləşdirilməsi”.

Panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dillərində məlumat təqdim edilir.

Bu, Azərbaycanda Şah İsmayıla həsr olunmuş ilk sərgidir.

Sərginin açılışı aprelin birinci yarısına planlaşdırılır.

XS
SM
MD
LG