Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:00

N.Məmmədov Rusiya sülhməramlılarından danışdı


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Ermənistan prezidenti Serzh Sarkisian danışıqlara getməməklə özünə və xalqına pislik edir».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan münaqişəni yalnız sülh və danışıqlar yolu ilə həll etmək istəyir: «20 ildən artıq müddətdə Azərbaycan bu yola sədaqətini göstərib. Ancaq münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda, Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub».

O qeyd edib ki, Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin marağını görüb, təxribata əl atıb: «Təxribatının cavabını da aldı. İki gün əvvəl isə Ermənistan prezidenti Serzh Sarkisian deyib ki, artıq danışıqlara getməyəcək. Ermənistan prezidenti danışıqlara getməməklə özünə və xalqına pislik edir. Biz torpaqlarımızı mütləq işğaldan azad edəcəyik. Beynəlxalq birliyin köməyi ilə buna nail olacağıq. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünsün».

N.Məmmədov Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı ortada konkret məsələ olmadığını deyib.

Ancaq bir gün əvvəl xarici işlər naziri Elmar Məmmədyarov demişdi ki, erməni hərbçilər işğal altındakı torpaqlardan çıxarılandan sonra sülhməramlılar da olacaq, yollar da açılacaq, qaçqınlar da qayıdacaq.

XS
SM
MD
LG