Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:23

Pilotsuz aparatla şəxsi həyata müdaxilə cinayət sayılacaq


Pilotsuz uçan aparat
Pilotsuz uçan aparat

-

Azərbaycanda pilotsuz uçan aparatlardan yararlanıb şəxsi həyata müdaxilə edənlərə həbs cəzası veriləcək. Bu xəbəri Milli Məclisə istinadla APA yayıb.

Söhbət, Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə yeni bəndin artırılmasından gedir. Əlavəyə əsasən, pilotsuz qurğulardan istifadə yoluyla şəxsi və ailə sirri daşıyan məlumatları yayanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər. Onlara 2 il həbs və ya 3 il müəyyən vəzifə və ya fəaliyyətlə məşğul olmaqdan məhrum edilmə cəzaları kəsilə bilər.

Layihə prezident İlham Əliyevin imzası ilə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG