Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Amerikalı həmsədr: “Heç bir tərəf Dağlıq Qarabağı tanımır"


►“Heç bir tərəf Dağlıq Qarabağı tanımır. Dağlıq Qarabağın yekun statusu işğal edilən ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması da daxil olmaqla münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyən olunacaq ”

Bunu Ermənistanda Dağlıq Qarabağın tanınması ətrafında gedən müzakirələrlə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin açıqlamasında daha sonra deyilir:

“Heç bir tərəf Dağlıq Qarabağı tanımır. Dağlıq Qarabağın yekun statusu işğal edilən ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması da daxil olmaqla münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyən olunacaq. Münaqişənin uzunmüddətli tənzimlənməsinə nail ola bilmək üçün biz tərəfləri xoş iradə nümayiş etdirərək danışıqlar masası arxasına keçməyə dəvət edirik”.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb, sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.Sülh danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG