Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:49

MN rəsmisi döyüşlərin detallarını açıqlayır


Arxiv foto
Arxiv foto

-

«Aprelin əvvəlində Ermənistan silahlı bölmələri ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi».

APA xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə «Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri» mövzusunda keçirilən dinləmələr zamanı bildirib.

V.Dərgahlı deyib ki, cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam-Füzuli istiqaməti idi: «Müdafiə Nazirliyi aprelin əvvəlində qısa müddətdə qarşı tərəfin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Onların 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi . Bu, uğurla yerinə yetirildi».

Vaqif Dərgahlı
Vaqif Dərgahlı

V.Dərgahı qeyd edib ki, Ermənistan bu əməliyyatlara bütün qüvvələrini cəmləmişdi: «Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, onların səyləri heç bir nəticə vermədi».

Ancaq bu əməliyyatlarda Azərbaycan tərəfdən nə qədər hərbi qulluqçunun həlak olduğu açıqlanmayıb. Ermənistan tərəfi isə onların itkiləri ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını şişirdilmiş sayır.
Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG