Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Hərbi çağırışdan möhlət məhdudiyyəti aradan qaldırılır


Təhsil nazirliyi (arxiv fotosu)
Təhsil nazirliyi (arxiv fotosu)

Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir.

Maddənin 1.5-ci bəndinə edilən dəyişikliyə əsasən, xarici ölkələrdə əyani , tibb ixtisası və rezidenturada təhsil alanlara möhlət hüququ veriləcək. Bu qanunun hazırda qüvvədə olan variantında isə yalnız müvafiq icra hakimiyyəti (Təhsil Nazirliyi) orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində oxuyanlara möhlət hüququ tanınır.

Bundan sonra Təhsil Nazirliyində möhlət hüququnun tanındığı təhsil müəssisələrindən ibarət xüsusi siyahıya ehtiyac qalmır.

Layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılmalıdır.

XS
SM
MD
LG