Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:42

Körpənin müalicəsi davam edir


Foto ilüstrasiya
Foto ilüstrasiya

-

«Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanın vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir».

APA-ya bunu Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib: «Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, körpə artıq süni nəfəs aparatından ayrılaraq, özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsi davam etdirilir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir».

İyunun 20-si axşam Mirzabitə Abdullayeva Salyan rayon Xəstəxanasında üçəm övlad dünyaya gətirib. Onlardan ikisi ölüb, birinin isə vəziyyəti ağırdır və müalicə məqsədilə Bakıya gətirilib. Valideynlər xəstəxanada elektrik enerjisinin kəsildiyini, aparata qoşulmuş körpələrin boğularaq öldüklərini deyirlər. Valideynlərin bildirməsinə görə, xəstəxanada generator isə xarab olduğundan qoşulmayıb.

Səhiyyə Nazirliyi isə körpələrin elektrik kəsilməsi üzündən tələf olmaları barədə deyilənləri təkzib edir.

Hər iki uşağın ölüm səbəblərini məhkəmə-tibb ekspertizası araşdırır, nəticələr iki həftəyə bilinməlidir.

Körpələrin ölümü faktı ilə bağlı Salyan rayon Prokurorluğunda CM-nin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG