Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:41

Dollar satışına limit qoyulduğu deyilir


Dollar
Dollar

-

«Turan»ın xəbərinə görə, son günlər manatın ticari məzənnəsi əhəmiyyətli dərəcədə düşüb. Banklar valyuta əməliyyatlarını yol verilən ən yüksək marja - 4 faiz ilə həyata keçirirlər.

İyunun 24-də Mərkəzi Bankın rəsmi məzənnəsi 1.5332 manat təşkil edib (növbəti üç gün rəsmi məzənnə belə qalacaq).

Amma xəbərdə qeyd edilir ki, kommersiya banklarında dolları daha baha- 1.58-1.594 manata almaq mümkün olub. Bu zaman bəzi banklar bir şəxsə 500 dollardan artıq satmayıblar.

«Turan»ın ekspertlərinə görə, dolların bu qədər kəskin bahalaşması Mərkəzi Bankın ardıcıl olaraq üç həftədir ki, manatın məzənnəsini azaltması ilə bağlıdır. Digər tərəfdən, «Brexit»lə əlaqədar bir çox dünya valyutalarının dollara nisbətdə məzənnəsinin düşməsinin də ajiotaja səbəb olduğu qeyd edilir.

Azərbaycan ekspertləri manatın kursunun daha da düşəcəyini və hətta yeni devalvasiya olacağını proqnozlaşdırır. Parlamentin deputatı, baş nazirin keçmiş müavini Vahid Əhmədov dolların 1.7-1.8 manata qədər bahalaşacağını proqnozlaşdırıb.

Dollar satışına limit qoyulması haqda xəbərlərə, hələlik, Mərkəzi Bank münasibət bildirməyib.

XS
SM
MD
LG