Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:57

Qarabağda ermənilər arasında sorğu - rayonlar Azərbaycana qaytarılsa...


Şuşada kilsə
Şuşada kilsə

►"Onlar ərazilərin qaytarılmasının müxtəlif sxemlərini təklif edirdilər: 5+2, 2+5, 7...

Yəni əvvəl beş, sonra iki rayonun qaytarılması, yaxud əvvəl iki, sonra beş rayonun qaytarılması və s..."

Azərbaycanın Qarabağ regionu və onun ətrafında 7 rayonu işğalda saxlayan erməni rejimi iddia edir ki, bu günlərdə keçirilmiş rəy sorğusu ilə danışıqlar prosesinin aktivləşməsi arasında əlaqə yoxdur. Amma Qarabağda özünü "prezident aparatı"nın rəhbərinin müavini adlandıran ​David Babayan deyib ki, bu onlara faydalı sorğu olub:

"Birbaşa heç bir əlaqə yoxdur, ancaq bu sadəcə olaraq faydalıdır: qoy, çoxları görsün ki, Artsax (ermənilər Qarabağı Artsax adlandırırlar - red.) cəmiyyəti necə düşünür," deyə Babayan AzadlıqRadiosunun Ermənistan xidmətinə bildirib. O həmçinin deyib ki, "respublika" hökumətinin bu rəy sorğusuna heç bir aidiyyatı yoxdur.

Sorğuda iştirak etmiş Tigran Grirorian deyir ki, sorğuda onun rəyini almaq üçün gələn şəxs ona Qarabağ münaqişəsinin həlli, o cümlədən ərazilərin qaytarılması variantlarına dair suallar verib.

"Onlar ərazilərin qaytarılmasının müxtəlif sxemlərini təklif edirdilər: 5+2, 2+5, 7... Yəni əvvəl beş, sonra iki rayonun qaytarılması, yaxud əvvəl iki sonra beş rayonun qaytarılması və s. Onlar məndən rəyimi 1-dən 4-ə qədər şkala üzrə bildirməyi xahiş etdilər. 1 son dərəcə mənfi, 4 isə son dərəcə müsbət demək idi."

Tigran Grigorian deyir ki, "ən maraqlı məqam isə bu idi: onlar öyrənmək istəyirdilər ki, Qarabağ münaqişəsinin həlli bizim üçün əlverişli olmasa, yəni ərazilər qaytarılsa, onda xalq ayağa qalxmağa hazırdırmı. ...Əlbəttə, mən dedim ki, hadisələr belə cərəyan etsə, təkcə mən yox, Artsax əhalisinin əksər hissəsi evdə sakit oturmayacaq, küçələrə çıxacaq."

Tigran Grigorian həmcinin bildirib ki, rəy sorğusu "Ermənistanın avropalı dostları" təşkilatının Siyasi və sosioloji Konsultasiyalar İnstitutunun (IPSC) sifarişi ilə keçirilib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

IPSC-nin kommunikasiyalar üzrə direktoru Shushan Harutyunian isə məsələ ilə bağlı şərh verməkdən imtina edib. O deyib ki, bu, onun təmsil etdiyi qurumun etik qaydalarına ziddir.

"Ermənistanın avropalı dostları" təşkilatı sonuncu dəfə Qarabağda 2010-cu ildə rəy sorğusu keçirmişdi. O zaman da Qarabağ münaqişəsi və Qarabağdakı daxili vəziyyərlə bağlı suallar verilmişdi. Rəsmi məlumatda deyilir ki, bu tədqiqatın erməni tərəfdaşı yuxarıda sözügedən IPSC-dir.

"Sərhədlər məsələsini xalq müəyyən edir, hansı üsyandan söhbət gedir? Xalq referendum vasitəsilə qərar verir. O kimə qarşı üsyan etməlidir? ...Konstitusiyada təsbit olunub ki, əgər Artsaxın sərhədlərinin dəyişdirilməsi məsələsi qalxarsa bunu xalq həll edir. Xalqın isə qərarı qətidir. Mən düşünmürəm ki, indi referendum keçirmək vaxtıdır. Ümumiyyətlə bu məsələ spekulyasiyalar mövzusuna çevrilib," deyə - David Babayan bildirib.

O əlavə edib ki, tarix göstərir ki, Qarabağ xalqına nəyisə sırımaq qeyri-mümkündür.

Azərbaycan prezidenti İlham Əliyev isə dəfələrlə bildirib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Onun sözlərinə görə, Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilə bilər. Amma Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə.

Aprelin 2-də baş vermiş toqquşmalar zamanı erməni silahlı qüvvələri işğal altında olan Qarabağ torpaqlarının bəzi hissəsləri üzərində nəzarəti itiriblər.

Bundan sonra beynəlxalq vasitəçilər problemin həlli ilə bağlı səylərini gücləndiriblər. Azərbaycan və Ermənistan prezidentlərini iki dəfə görüşdürüblər.

XS
SM
MD
LG