Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:23

«Tax free» hava limanından başlanacaq


Şoppinq
Şoppinq

«Azərbaycanda «tax free» sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq».

APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

«Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər», -A.Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən, ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq. Komitə sədri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq.

«Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir və Komitə sistemin tətbiqinə tam hazırdır», - A.Əliyev vurğulayıb.

Dövlət başçısı İlham Əliyev ölkədə alış-veriş edən və sonra Azərbaycanı tərk edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ödədikləri ƏDV-nin qaytarılması ilə bağlı fərman imzalayıb. Həmin fərman artıq hüquqi qüvvəyə minib.

XS
SM
MD
LG