Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:00

'Yaxın bir ildə, ən azı, 10 bank bağlanacaq'


Bu günlərdə bağlanan Parabank
Bu günlərdə bağlanan Parabank

►"Bankların yarıdan çoxu rüblük və illik hesabatını gizlədir"

Ötən həftə bank sektorunda ciddi itkilər yadda qaldı.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə bir gündə 4 bankın lisenziyası geri alındı. İndiyədək eyni gündə bu sayda bank ləğv edilməmişdi.

Bank sektorunun gələcəyi barədə MBNP rəhbərindən açıqlama diqqət çəkib. Rüfət Aslanlının sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankı və “Bank Standard”dan başqa indi ölkədə problemli bank yoxdur. Di gəl, hələlik, nə ekspertlər, nə də bank hesabatları nikbinliyə əsas verir.

“Problemli bankların sayı 2-dən çoxdur...”

İlin əvvəlində hökumətin əmanətlərə 3 illik tam zəmanətindən sonra bankların bağlanmasına moratorium qoyulacağı gözlənilirdi. Ancaq görünən odur ki, Palata bankları qapadır.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspert Qubad İbadoğlu MBNP rəhbərindən açıqlamanın ictimaiyyətə hesablandığını düşünür:

“Məncə, bu açıqlama bankların bağlanmasının yaratdığı rezonansı ictimai diqqətdən yayındırmaq məqsədi güdür. Bizdə olan məlumatlara görə, problemli bankların sayı 2-dən çoxdur və onların sayı getdikcə artacaq”.

Ekspert: 'Baş maliyyə nəzarətçisinin bu sözləri kobud qanun pozuntusudur'

“Ümumi vəziyyət düzəlməyincə...”

Ekspertin fikrincə, bəzi banklar fəaliyyətini tam dayandıracaq, şöbələrini qapadan və işçilərini ixtisara salan bəzi banklarsa vəziyyətdən çıxmağa çalışacaq:

“Bu isə bankların bəzilərini kassa xidməti göstərən xəzinədarlıq təşkilatlarına bənzədəcək. Bankların vəziyyətdən çıxışı iqtisadiyyat, biznes və ev təsərrüfatlarının durumundan asılı olacaq. Ancaq yaxın zamanlarda onların durumunun yaxşılacağını gözləməyə dəyməz. Odur ki, ümumi vəziyyət düzəlməyincə, bankların bağlanma problemi aradan qalxmayacaq”.

“Bütün bunlar yalnız 2 bankda ola bilməz”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov da R.Aslanlının fikirlərini bölüşmür:

“Razı deyilem. Bankların yarıdan çoxu hesabatını gizlədir və kapital tələbini pozursa, deməli, problem var. Olmasaydı, şəffaf olardılar. Azərbaycanda bir neçə bank illik hesabatını açıqlayıb və oradan görunur ki, 50 milyon manat kapital tələbi pozulur. Rəsmi bildirilir ki, bankların problemli kredit portfeli 20 faizi ötub. Bankların yarıdan çoxu rüblük və illik hesabatını gizlədir. Təbii, bütün bunlar yalnız 2 bankda ola bilməz. Deməli, problemli borcların sayı xeyli çoxdur. Bu ayın sonunadək banklar 2 rüb üzrə hesabatlarını açıqlayacaq. Onları təhlil edəndə, hər şey məlum olacaq”.

Ekspert “Sizcə, neçə bankın bağlanması gözlənilir” sualını belə cavablayıb:

“Dəqiq rəqəm demək çətindir, axı proses subyektivdir və eyni şeyə görə bir bank bağlanır, digəri yox. Amma ən azı, 10 bank yaxın bir ildə bağlanacaq”.

XS
SM
MD
LG