Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:03

'Fitch'dən proqnoz: Neft Fondu kiçiləcək, dövlət borcu artacaq


Fitch
Fitch

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

«Report»un xəbərinə görə, agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) «BB+», proqnozu isə «neqativ» olaraq müəyyənləşdirib.

«Fitch» həmçinin, Azərbaycanın xarici valyutada olan istiqrazlarını da «BB+» səviyyəsində təsdiq edib. Bununla yanaşı, Azərbaycanın qısamüddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) «B+» olaraq təsdiqlənib.

Azərbaycanın «BB+» reytinqi ölkənin əvvəlki illərdə kök salmış yüksək neft gəlirləri ilə neftdən güclü asılılığını, bununla yanaşı, inkişaf etməmiş siyasi çərçivə və zəif bank sektoru arasında balansı müəyyən edir.

DEVALVASİYA GECİKİR...

«Fitch» hesab edir ki, Azərbaycanda devalvasiyanın gecikməsi dövlət xərclərinin artmasına səbəb olub. Agentlik Azərbaycanın büdcə kəsirlərinin aradan qaldırılması üçün kifayət qədər imkanlarının olduğunu qeyd edib.

İyunun sonuna olan məlumata görə, Dövlət Neft Fondunun aktivləri 35.1 mlrd. dollar təşkil edib ki, bu da ölkənin 2016-cı il üzrə ÜDM-sinin 95 faizi deməkdir. «Fitch» 2016-cı ilin ikinci yarısında kapital xərclərinin artmasına görə Neft Fondunun aktivlərində azalma müşahidə ediləcəyini açıqlayıb.

Agentlik hesab edir ki, dövlətin xarici borcu 2016-cı ilin sonu üçün proqnozlaşdırılandan artıq olacaq. Proqnoza görə, dövlət borcu ÜDM-in 31 faizini təşkil etməli idi, amma bu rəqəmin 51.4 faizədək qalxma ehtimalı var.

Agentlik Azərbaycanın fiskal göstəricilərinin neftin ucuzlaşması səbəbindən gerilədiyini və bu il konsolidə edilmiş ümumi dövlət kəsirinin ÜDM-in 7.3 faizinə bərabər olduğunu açıqlayıb.

XS
SM
MD
LG