Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

Hökumət Aşuranın küçələrdə keçirilməsini qadağan edir - səbəbi ekspert şərhlərində


Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) aşura mərasimləri ilə bağlı küçə yürüşlərinin keçirilməsini məqsədəuyğun saymayıb. QMİ sədri Allahşükür Paşazadə bu yürüşün qurumun Qazılar Şurasının fətvası yasaqlandığını bildirib. O bu sözləri mühafizəkar şiələrin daha kompakt yaşadığı, Aşura günlərində izdihamlı aksyaların keçirildiyi Lənkəran şəhərində keçirilən konfransda dilə gətirib.

QMİ sədrinin açıqlaması birmənalı qarşılanmayıb.

“1400 ildir keçirilən mərasimin kimə ziyanı olub ki?”

Lənkəranda yaşayan 30 yaşlı Yasəmən Əliyeva (öz istəyi ilə gerçək adı dəyişdirilib) AzadlıqRadiosuna belə deyir:

Lənkərandan Yasəmən: 'Bu bizim dinimizdir, buna qadağa qoya bilməzlər...'
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

“Dinlə bağlı yürüşlərə qadağa qoyula bilməz, bu bizim dinimizdir. Mən burdakı insanların 70 faizinin danışığından, dediyindən bilirəm ki, yürüşlərə qadağa qoyulacağı halda buna qarşı çıxılacaq. Buna qarşı çıxmasaydılar, məhərrəm ayının ilk gecəsində təziyə keçirməzdilər. Göstəriş var ki, yürüş olmasın. Amma adamlar, qadağadan xəbərsizlərmiş kimi... axınla məscidlərə gedirlər. Məncə, aşura gecəsi daha böyük insan axını olacaq”.

Gənc qadın təziyə gecələrinə gedənlərə güc strukturları əməkdaşlarının mane olduğunu, hətta saxlanılanların olması haqda məlumatların gəldiyini bildirir:

“Dövlət buna qarşı çıxır. Düzdür, dövlətin bəlkə də müəyyən səbəbləri var. Amma bu, 1400 ildir keçirilən mərasimdir, kimə ziyanı olub ki?”.

“İnsanlarda cahilləşmə gedir”

Cənub bölgəsində fəaliyyət göstərən İnsan hüquqları üzrə “Cənub” resurs mərkəzinin rəhbəri Esmira Turhidə küçələrdə yürüş keçirilməsini qaragüruhçuluq sayır. O, “aşuranın şouya çevrilməsinin”, “kişilərin göz yaşı tökməsinin, mərsiyə söyləməsinin”, baş yarmağın əleyhinədir. Onun fikrincə, həmin günün fəlsəfəsi, mahiyyəti – “az qüvvəylə haqq yolunda vuruşmaq cəsarəti” təbliğ edilməlidir:

“Çox heyf ki, bu gün dindarlar, axundlar bu haqda bilgi verə bilmirlər. İnsanlarda müasirləşmək əvəzinə cahilləşmə gedir. Axundun hər sözünü kor-koranə qəbul edirlər”.

“Tarix boyu bu bölgədə yürüş olmayıb, ziyarət olub”

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsindəki səlahiyyətli nümayəndəsi Qəni Axundzadə “yürüş siyasi aksiyadır, tarix boyunca bu bölgədə yürüş olmayıb” deyir və fikrini belə tamamlayır:

Hacı Qani: 'Bizdə Məhərrəmlikdə heç vaxt yürüş olmayıb, bu qondarma bir sözdür...'
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

“Yürüş olmayıb. Sadəcə, ziyarət olub, bir məsciddən başqa məscidə ziyarət olub - bir məsciddən başqa məscidə getmək üçün. Onlara da şərait yaradılıb. Biz tədbirlərimizi məscidlərdə və dini ocaqlarda keçiririk. İctimai yerlərdə, küçələrdə biz tədbir keçirmirik. Yürüş özü nədir? Bir onu izah edin. Yürüş qondarma sözdür. Yeni ortaya atılan, hansısa siyasi tərəflərin ortaya atdığı siyasi mövzudur. Dində yürüş yoxdur. Yürüşlərin, siyasi aksiyaların bizə, dinə aidiyyatı yoxdur”.

Qəni Axundzadə aşura mərasimlərinin bu bölgədə “tarix boyu yüksək səviyyədə keçirildiyini, indən belə də keçiriləcəyini” bildirir:“

Ayın 11-də axşam da eyni qaydada keçiriləcək, qan aksiyası da olacaq”.

Bölgədən olan mühafizəkar şiələr QMİ-nin fətvası barədə fikirlərini bölüşməkdən çəkindiklərindən, AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina ediblər.

Bütün hallarda QMİ-nin yürüş qadağası fətvasının nə qədər nəzərə alınacağını bir neçə gün sonra oktaybrın 12-də aşura günü bilinəcək.

Oktyabrın 3-dən Azərbaycanda hicri-qəməri təqvimi ilə yeni il başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Bununla bağlı fətva verib.

Fətvada bildirilir ki, Məhərrəm ayının başlanması 2016-cı il oktyabrın 3-nə, Aşura günü isə oktyabrın 12-nə düşür.

Fətvada dindarlar Aşurada özünə xəsarət yetirməkdən çəkinməyə və bunun əvəzində xəstələrə qan verməyə çağırıblar.

Eyni zamanda insanlara dindən siyasi alət kimi istifadə etməmək, müxtəlif dini cərəyanlar arasında ədavət salınmasına yol verməmək tövsiyə edilir.

Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə həlak olub. Aradan 13 əsr keçsə də, şiə müsəlmanları həmin günü hələ də faciə kimi qeyd edir, küçə və meydanlarda yas mərasimlərmləri keçirir, öz bədənlərinə xəsarət yetirməklə yada salırlar.

Azərbaycan rəsmiləri Aşura günü küçələrə çıxmamağa çağırıb, ölkdə aşura mərasimlərinə qadağa qoyulub.

“HAKİMİYYƏTİN ÖZÜNÜN TƏŞKİL ETMƏDİYİ İSTƏNİLƏN TOPLANTI ONA TƏHLÜKƏLİ GƏLİR”

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, bütün qadağaların səbəbi qorxudur.

İntiqam Əlitev
İntiqam Əlitev

“Qadağalar ölkədəki ağır sosial durumun yaratdığı narahatlıqdan, qorxudan qaynaqlanır. İndiki durumda hakimiyyətin özünün təşkil etmədiyi istənilən toplantı ona təhlükəli gəlir, ona görə arzuolunan deyil. Bu, istər siyasi partiyaların təşkil etdiyi mitinq olsun, istərsə də hansısa yerli repçinin və ya xarici musiqçinin küçədəki çıxışı, istər evləri sökülənlərin, işığı-suyu kəsilənlərin spontan toplaşıb yolu kəsmələri olsun, istərsə də Rövşən Lənkəranskinin elə həmin qorxu səbəbindən iki gün tezləşdirilən 40 mərasimi.

Aşura mərasimi də bu anlamda istisna deyil. Dindarlar son dövrlər hakimiyyət üçün əsl başağrısına çevriliblər. Xüsusilə Nardaranda baş verənlərin və həmin cinayət işi ilə bağlı dəhşətli işgəncə olaylarının, məhkəmə prosesində səslənən çıxışların, Taleh Bağırzadənin, Fuad Qəhrəmanlının dindarlara müraciətlərinin və sosial şəbəkələrdə, mediada, orada-burada gedən müzakirələrin kontekstində bu cür mərasimlər çox təhlükəli görünür hakimiyyətə...”

“OLA BİLSİN Kİ, HANSISA ƏMƏLİYYAT MƏLUMATLARI VAR”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bu qadağaların radikal dindarların belə mərasimlərdən istifadəsinin qarşısını alınması məqsədini daşıdığını bildirir:

Bakida Aşura
Bakida Aşura

“Ötən il Aşura günü ərəfəsində və Aşura gününü Gəncədə və Lənkəranda yürüşlər oldu. Xüsusilə Gəncədə Tale Bağırzadənin iştirakı və orada yaranan hay-küy, həbslər, bütün bu məsələlər müəyyən bir rezonans doğurdu. Dindarlar sanki Aşura günündən istifadə edərək özlərini nümayiş etdirməsi güc nümayiş etdirməsi kimi qəbul olundu. Xüsusilə Gəncədə.

Lənkəranda həmişə olub. Elə Gəncədə də sovet dövründən belə yürüşlər olurdu. Görünür münasibətlərin daha da gərginləşməməsi üçün, müəyyən radikal dindarların bundan istifadə etməməsi üçün belə addım atılır. Radikal dindarlar var. Tutaq ki, Nardaran hadisələrindən sonra da bu prosesin hansısa bir başqa bir istiqamət ala biləcəyindən ehtiyyatlanırlar. Ola bilsin ki, hansısa əməliyyat məlumatları var...”

“DOLLARDAN, QIZILDAN BAŞQA HEÇ BİR ŞEY MÜQƏDDƏS DEYİL”

Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, hakimiyyət özünü qorumaq üçün bu qadağaları tətbiq edir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Bu hakimiyyətin çatışmazlığı ilə, qorxusu ilə izah olunur. Xalqdan qorxur, camaatdan qorxur, əyri işlər görür. Qorxur ki, camaat çıxar, etirazını bildirər. O cümlədən dini ayinlər. Bizim hökumət üçün müqəddəs heç nə yoxdur. Dollardan, qızıldan başqa heç bir şey müqəddəs deyil. O cümlədən də Qurani-Kərim də müqəddəs deyil. Özləri Məkkəyə gedirlər, Həccə gedirlər, o da onlar üçün müqəddəs deyil. Əsas pul, imtiyaz, vəzifədir...”

XS
SM
MD
LG