Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:17

Azərbaycanda elmə 35 milyon manat qrant xərclənib - nəticəsi varmı?


Prezident Yanında Elm Fondunun portalı
Prezident Yanında Elm Fondunun portalı

Yaradılmasının 7-ci ili tamam olan Elm Fondu 6 ildir ki, müxtəlif elm sahəsində tədqiqatların maliyyələşməsində donor kimi çıxış edir, Fond indiyə kimi 35 milyon manatdan çox qrant verib.

Azərbaycanda iki il öncə xərçəng xəstəliyində molekulyar diaqnostika və müalicəsində nüvə təbabətinin yeni perspektivləri öyrənilib. Və buna 400 min manat vəsait xərclənib. Qrant layihəsi Prezident Yanında Elm Fondundan ayrılıb.

Maliyyələşdirilmiş layihələr arasında büdcəsi 25 min manatdan 1 milyon manatadək tədqiqatlar, yeni laboratoriyaların qurulması var.

Buna da bax:​ Qrantlara aid yeni prezident fərmanı çıxdı

“Bozbaş bişirmək deyil”

2013-cü ildə Tibb Universitetində yerli təbii sərvətlər əsasında yeni dərman preparatlarının alınması üçün müasir elmi-tədqiqat əczaçılıq laboratoriyasının qurulması layihəsi 1 milyon manat qrant alıb.

Layihənin rəhbəri Yusif Kərimov AzadlıqRadiosu-na deyir ki, onlar laboratoriya avadanlığını ABŞ-dan, Portuqaliyadan, Almaniyadan gətiriblər: “Məqsədimiz yerli xammal əsasında dərman preparatları hazırlamaqdır”, o deyir.

“Hansı xəstəliklərin müalicəsi hədəfinizdədir” sualının cavabında Yusif Kərimov deyir ki, bunu söyləməyə hələ tezdir: “Bu, elə belə məsələ deyil ki… Oyuncaq deyil, bozbaş bişirmək deyil, illərlə araşdırma aparmaq lazımdır. Hələ ki, farmakoloji tədqiqat gedir”.

Buna da bax:​ “Azad olmayan Azərbaycanın” son azadlıqları da tükənir

Elm Fondu ən çox kimə qrant verib?

Elm Fondu 6 ildə ən böyük qrantı Elmlər Akademiyasının Fizika Universitetinə verib, elm müəssisəsi 32 layihəsinə 9 milyon manat alıb. Elmlər Akademiyasının Geologiya İnstitutu 16 layihəsinə 2 milyon, Botanika İnstitutu 22 layihəsinə 1 milyon 300 min manatlıq qrant udub.

Bakı Dövlət və Tibb universitetlərinin digərləri ilə müqayisədə daha çox layihəsi maliyyələşib.

Dövlət qurumları da Elm Fondunun qrant büdcəsindən faydalanıb. Bu illər ərzində dövlət qurumları üçün elm büdcəsi 2 milyon manatdan artıq olub. Məsələn, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyası 3 layihəyə 300 min manata yaxın qrant alıb.

Elm Fondunun məlumatına görə, 2010-15-cu illərdə qrant həcminin 33 faizi (14 milyon manatdan çox) fizika-riyaziyyat və texniki elmlər sahəsinə ayrılıb.

Bəs bu qrantlar özlərini elmin inkişafında göstərə bilibmi?

İqtisadçı Azər Mehdiyev dövlət büdcəsindən elmin inkişafına vəsait ayrılmasını təqdir edir, amma bildirir ki, ortada nəticəni görmürlər:

Azər Mehtiyev: 'Lap kiçik olsun, amma ortada hansısa nailiyyət olsun ki, biz bunu görək'
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

“Elm Fondunun saytına baxdım, bütün statistik məlumatlar, hətta statistik təsnifat var, ancaq əsas məsələ, yəni bu layihənin icrası hansı yeni elmi nəticələr ortaya qoyub, hansı beynəlxalq və yerli xarakterli ixtiralar ortaya çıxıb, neçə patent alınıb və s. bu kimi suallara cavab yoxdur”.

Buna da bax:​ AZƏRTAC qrant da ala biləcək

Azər Mehdiyev deyir ki, görülən işləri sadalamaq, işin həcmini göstərmək nəticəni nişan vermir. Onun fikrincə, ictimaiyyətə görülən işin nəticəsi, cəmiyyətə faydası maraqlıdır: “Bəzi elmi tədqiqatlar var ki, onların nəticələri sonradan kommersiyalaşdırıla bilər və dövlət də əlavə vəsait qoyar, eyni zamanda, biznes strukturlarının diqqətini cəlb edər. Lap kiçik olsun, amma ortada hansısa nailiyyət olsun ki, biz bunu görək. Lap avadanlıq alıblar, bu, hesabatda özünü göstərməlidir”.

Ekspert deyir ki, belə bir nəticə Azərbaycanda elm sahəsinin təkcə dövlət yox, həm də xarici mənbədən maliyyələşmə cəlbediciliyini artırar.

“Texniki avadanlıq almışıq”

Qrant layihələrinə ayrılan vəsaitin bir hissəsi müasir texniki avadanlığın alınmasına sərf olunub, Elm Fondunun icraçı direktoru Elçin Babayev AzadlıqRadiosu-na müsahibəsində deyir. Onun sözlərinə görə, Fond təkcə tədqiqatları yox, həm də alimlərin beynəlxalq elmi konfranslara səfərlərini, xarici elmi-tədqiqat müəssisələrində təcrübə keçməsini maliyyələşdirib: “Vəsaitin təxminən 18 milyonu müasir texniki avadanlıq alınmasına sərf olunub”.

Elçin Babayev ortada nəticənin olmaması ilə bağlı deyilən tənqidləri daha çox subyektiv fikir sayır...
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Elçin Babayev ortada nəticənin olmaması ilə bağlı deyilən tənqidləri daha çox subyektiv fikir sayır, deyir ki, əksinə, yaradılan müasir laboratoriyada artıq gənc alimlər ordusu yetişdirilir:

“Fizika İnstitutunda yaradılan innovasiya sektorunda Fondun dəstəyi ilə alınmış müasir tədqiqat laboratoriyaları qurulub, burda nəinki yerli kadrlar, hətta Yaponiyadan, Fransadan gənc alimlər gəlib tədqiqat aparıblar”, icraçı direktor bildirir.

Buna da bax:​ Azərbaycandan heç bir universitet siyahıya düşməyib...

“Facebook”da yerli elm populyar mövzudur

Sosial şəbəkələrdə Azərbaycanda elmin inkişafı, ona ayrılan vəsait və nəticə populyar mövzulardandır.

Məsələn, Cavid Murtuzov adlı Facebook istifadəçisi yazır: “Nəticələr Badamdardakı, Bilgəhdəki villalardır”.

Telman Zeynalov adlı istifadəçi isə hesab edir ki, hələ, Azərbaycanda elmin ortaya qoyduğu bir şey yoxdur: “Heç kim tərəfindən oxunmayan, heç bir iqtisadi səmərə verməyən xarici jurnallarda pulla nəşr olunan məqalələrə elmin inkişafı demək olmaz. Nəticəsi olmayan elm heç kimə lazım deyil”.

XS
SM
MD
LG