Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Hökumət 'sosial mənzil' deyəndə nəyi nəzərdə tutur?


İllüstrasiya.
İllüstrasiya.

“Uzun illər, çox çalışsam da, ipoteka krediti ala bilmədim. Banklar yüz problem çıxarırdı. Axırda bezdim, əl çəkdim”. Bakıda iş yeri qapandığından Tovuza qayıdan Aydın Əliyev belə deyir.

Tovuz sakini bildirir ki, ona güzəştli ipoteka düşmədiyi üçün adi ipotekaya üz tutub: “Onun da ilkin ödənişi, faizi çoxdur”. Ümidini sosial evlərə dikdiyini söyləyən A. Əliyev, görünür, sosial evlərlə bağlı yeni qaydalardan xəbəri yoxmuş.

Buna da bax:​ Milyard yarımlıq güzəştli kreditdən kimə nə düşüb?

İpotekadan, o cümlədən güzəştli ipotekadan əlini üzənlərin ümid yeri, yeni yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin tikəcəyi binalar idi. Deyəsən, onların ümidləri doğrulmayacaq. Azərbaycan prezidentinin noyabrın 16-da imzaladığı “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanla gələn ilin mayın 1-dək “güzəştli mənzil” sistemi yaradılacaq.

Mənzil almaq istəyən hara müraciət edəcək?

Güzəştli şərtlə mənzil almaq istəyənlər “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sisteminə üz tutmalıdır. Sistem gələn il mayın 1-dən tətbiq ediləcək.

Buna da bax:Azərbaycanda ipoteka krediti niyə dayanıb?

Mənzili kimlər ala biləcək?

Mənzilləri güzəştlə əldə etmək hüququ güzəştli ipoteka kreditindən yararlana bilən gənc ailə üzvü olanlara veriləcək. Söhbət bu şəxslərdən gedir:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. Ən azı, 3 il dövlət qulluğunda çalışan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. Ən azı, 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer); Elmlər doktoru elmi dərəcəsi olan şəxs; Ən azı, 15 il dövlət qulluğunda çalışan şəxs;

8. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də Azərbaycan Respublikasının ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3- cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

9. Ən azı, 3 il daxili işlər orqanlarında xidmət keçən və xüsusi rütbəsi olan şəxs.

Buna da bax:​ 'Güzəştli mənzil' sistemi yaradılır

Mənzili necə əldə ediləcək?

Alıcının öz vəsaiti hesabına və ipoteka krediti ilə. İpoteka kreditlərini Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları verəcək. İpoteka kreditlərinin şərtləri güzəştli ipoteka kreditlərində olduğu kimidir, ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10 faiz olacaq.

Qaydalarda etiraz doğuran məqamlardan biri sosial evləri almaq hüququ qazanan kateqoriyalarla bağlıdır. Qeyd olunduğu kimi, bu evləri yalnız güzəştli ipoteka ala bilənlər əldə edəcək. Geniş gözlənti isə bu evlərin aztəminatlı olan bütün ailələrə və onların üzvlərinə aid edilməsi idi.

“Bunun nəyi sosial oldu ki?”

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı yeni qaydaları təəssüflə qarşılayır: “Bunun nəyi sosial oldu ki? İpoteka Fondu oxşar fəaliyyətlə məşğul idi, həmin qurumun bazasında bu işləri görmək daha səmərəli olardı. Bunun üçün yeni bir strukturun yaradılmasına, büdcə xərclərinin artırılmasına nə ehtiyac vardı?”.

Buna da bax: Ekspert: 'İpoteka krediti alanların adları açıqlansın'

Ekspert əlavə edir ki, yalnız qeyd olunan sosial qruplar sosial ipotekadan yararlana bilər: “Alternativə bu qədər ehtiyac niyə yaransın? Elə isə, ötən dövrdəki müzakirələr kimə və nəyə lazım idi?. Aztəminatlı, mənzil şəraiti məhdud olan sosial qrupların aqibəti bəlli deyil”.

Güzəştli ipotekadan 2 fərqi var

Daşınmaz əmlak bazarı eksperti Rəşad Əliyev deyir ki, güzəştli ipotekadan bunun 2 fərqi var: “Birincisi, ilkin ödənişlərin məbləği ilə bağlıdır. Güzəştli ipotekada 15 faiz, ancaq sosial evlərdə 10 faiz tələb edilir. İkincisi, bu ipoteka krediti, əslində, ilkin bazar üzrə olacaq. Ancaq burda nağd alış da nəzərdə tutulub. İnanmıram pulu olmayan şəxsə bunun əhəmiyyəti olsun”.

“Aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov güzəştli mənzillərin Bakıda - Yasamal rayonunda olacağını xatırladır: “Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək.

Buna da bax:​ Naxçıvanın da ipoteka fondu yaradıldı

Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödənişin aylıq 300 manatdan az olmasına çalışılır. İki və 1 otaqlı mənzillər üçün aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir”.

V. Bayramov əlavə edir ki, ilk il 2 min mənzil istifadəyə veriləcək, ardından vətəndaşlara hər il 3 min mənzilin təklif olunması hədəflənir: “Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. “Ekonom” sahəli mənzillər olacaq. Üçotaqlı mənzillərin sahəsi təxminən 70; ikiotaqlılarınsa 45 kvadratmetr olacaq”.

Buna da bax:​

İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?
Gözlə

No media source currently available

0:00 0:16:42 0:00

XS
SM
MD
LG