Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:27

Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir


Avropa İttifaqı Xarici İşlər Xidməti (European Union External Action) Qiyas İbrahimov və Bayram Məmmədovun işləri ilə bağlı bəyanatla çıxış edib.

Avropa İttifaqının xarici işlər komissarlığının rolunu oynayan departamentin bəyanatında deyilir ki, Azərbaycanın gənc fəalları Qiyas İbrahimov və Bayram Məmmədov barəsində çıxarmılmış sərt məhkəmə qərarı ilə fəalların 10 il müddətinə azadlıqdan məhrum edilməsi və onlarla saxlanma zamanı pis rəftar edilməsinə dair iddialar xüsusilə narahatlıq doğurur.

“Avropa İttifaqı onların işini yaxından izləyirdi və dünənki dinləmə də daxil onların hər ikisinin məhkəməsində iştirak etmişdi”.

Bəyanatda deyilir ki, onların heç bir əvvəlllər məhkum olunmayıb və onlar siyasi qraffiti aksiyasının ardınca həbs ediliblər. Onlar qraffitini yazdıqlarını etiraf ediblər. Lakin onların hər ikisi məhkum edildikləri narkotik maddə ittihamını rədd edir.

Avropa İttifaqı Azərbaycan hakimiyyətindən bu işə ədalətli və şəffaf şəkildə, habelə ölkənin beynəlxalq öhdəliklərinə ehtiram ruhunda baxılmasını gözləyir.

“Pis rəftar və işgəncə barədə iddialar diqqətlə, müstəqil və səmərəli şəkildə araşdırılmalıdır” – deyilir Avropa İttifaqının tələbində.

XS
SM
MD
LG