Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Yaşayış minimumu da artır, ona ehtiyacı olanlar da


Arxiv fotosu.
Arxiv fotosu.

Ekspertin sözlərinə görə, «məntiqlə gələn il dövlətdən yardım alanlar artacaq»

Yanvarın 1-dən ünvanlı dövlət sosial yardımının təyini məqsədilə ehtiyac meyarının həddi 116 manat müəyyənləşdirilib. Bu göstərici son iki ildə dəyişməz qalaraq 105 manat idi.

Ehtiyac meyarı 10,4 faiz artırılır. Bu, 2016 ildə gözlənilən inflyasiya göstəricisindən də aşağıdır. Bu ilin 11 ayında ölkədə qiymətlər, orta hesabla, 12,1 faiz, ərzaq məhsulları isə 14,1 faiz bahalaşıb.

Buna da bax:​ Yaşayış minimumu 155 manat oldu

Artım inflyasiyanı heç nəzərə almır?

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyində düşünürlər ki, hökumət yoxsullara maddi yardım meyarına yenidən baxarkən, onu yaşayış minimumuna bərabərləşdirməkdə çətinlik çəkirsə, heç olmasa, inflyasiya səviyyəsini nəzərə almalı idi. Çünki yaşayış minimumu insanın ən aşağı fizioloji ehtiyaclarını qarşılamağa hesablandığından, onun müəyyənləşdirilməsində istifadə edilən mal və xidmətlərin tərkibindəki çoxişlənən azuqənin qiyməti son bir ildə, ən azı, 50 faiz bahalaşıb.

«Yoxsulluq səviyyəsi idarə edilir»

Buna da bax:​ Yaşayış minimumu iki dəfə çox olmalıdır

Birliyin ekspertləri bu qənaətdədirlər ki, ehtiyac meyarını yoxsulların minimum tələblərini ödəyə biləcək səviyyəyə qaldırmamaqla Azərbaycan hökuməti əhaliyə sərf edəcəyi sosial xərclərin artmaması qayğısına qalır, digər tərəfdən, yoxsulluq səviyyəsini süni surətdə 5 faiz həddində «idarə edir».

«Hökumət yardımları artırmağa hazır deyil»

İqtisadçı ekspert Qubad İbadoğlu hökumətin ehtiyac meyarını yaşayış minimumuna (gələn il üçün ölkə üzrə 155 manat) uyğunlaşdırmamasının səbəblərindən danışarkən, AzadlıqRadiosu-na deyib ki, bu, ünvanlı sosial yardımın ödənilməsinə yönəldilən xərclərin böyüməsinə gətirib çıxara bilər:

«Güman edirəm ki, gələn il ünvanlı sosial yardım ayrılması ilə bağlı müraciət edənlərin sayı çoxalacaq. Səbəb sadədir – iqtisadi böhran. Ehtiyac meyarının qaldırılması daha çox həcmdə yardımın verilməsi, nəticədə sosial büdcə ayırmalarının artması deməkdir. Hökumətsə buna hazır deyil».

Buna da bax:​ 'Yaşayış minimumunu Azərbaycan məmuruna versələr necə yaşayar?'

Yardıma möhtac olanların sayı artacaq

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov ehtiyac meyarının artması nəticəsində sosial yardıma ehtiyac duyan ailələrin sayca azalacağını düşünmür:

«116 manat aylıq adambaşına gəlir, təbii ki, yoxsul əhalinin yardım ehtiyacına adekvat deyil. Bu məsələnin bir tərəfidir. Amma iqtisadi fəallığın aşağı düşməsi əhalinin, özəlliklə azgəlirli təbəqənin maliyyə durumunu ağırlaşdırıb. Bu kontekstdə gələn il əhalinin pul gəlirlərində artım baş verməyəcəksə, yardıma möhtac olanların sayı da artacaq».

R. Həsənov AzadlıqRadiosu-na onu da deyib ki, sosial yardım istəyənlərin bir qrupuna, haqlı olaraq, “yox” cavabı verilir. Onun fikrincə, hökumətin maliyyə durumunu nəzərə alsaq, gələn il bu imtinalar arta da bilər.

Buna da bax: Ehtiyac meyarı 11 manat artırılacaq

Əhalinin 4,6 faizi yardımla dolanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ünvanlı sosial yardım alan ailələrin sayı 2012-ci illə (120,4 min) müqayisədə 2016-cı ildə (105 min) 12,8 faiz azalıb. Bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımının məbləği (35 manat 49 qəpik) 50 faiz artıb. Hazırda sosial yardım alan şəxslərin sayı 451,5 min nəfərdir.

Əhalinin 4,6 faizi gündəlik xərclərinin bir hissəsini hökumətdən aldığı yardım hesabına ödəyir.

XS
SM
MD
LG