Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

Əlil: '1 ay keçdi, vədlər yerinə yetirilmədi'


Qocalar Evi (arxiv fotosu).
Qocalar Evi (arxiv fotosu).

“Bizi gətirib başlı-başına bura atıb gediblər. Hamımız 1-ci qrup əlillərik, 1 aya yaxındır zülm çəkirik. Ərzaqlarımız verilmir, tibb bacısı yox, xadimə yox...”

Bunu AzadlıqRadiosu-na təqribən 1 ay əvvəl Mərdəkandakı pansionatdan çıxarılaraq Bilgəhdəki Qocalar Evinə köçürülən əlillərdən biri – Əfqan Quliyev deyir.

“ÜMİDLƏRİMİZ ALT-ÜST OLDU”

Bir müddət öncə əlillər Bilgəhdəki pansionatın ərazisindəki yeni təmirdən çıxmış korpusa köçürüləcəkləri xəbərini alanda seviniblər. Köçürmənin ilk günü isə sevincləri daşa dəyib.

Buna da bax:​ Əlilin dilemması: dövlət himayəsində yaşamaq, yoxsa təzə evdə?

Əfqan Quliyev danışır:

“Burada araba əlillərinin yaşaması üçün şərait olmadığını görəndə başa düşdük ki, yağışdan çıxıb yağmura düşmüşük. Mən 1-ci qrup əlil olsam da, arabaya təhkim deyiləm, bununla belə burdakı şəraitsizlikdən cana doymuşam. Arabaya təhkim əlillərin durumu isə daha dözülməzdir. Yazıqlar, sevinirdilər ki, nəhayət, həyatlarının qalan hissəsini nisbətən normal şəraitdə yaşayacaqlar, bütün ümidlərimiz, gözləntilərimiz alt-üst oldu”.

“BİR DƏFƏ GƏLİB MARAQLANMAYIBLAR Kİ...”

Əlilin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin köçürməni gerçəkləşdirən əməkdaşları onlara yaxın günlərdə bütün problemlərin həll olunacağını vəd ediblər. Ancaq 1 aya yaxındır ki, həmin əməkdaşlardan səs-soraq yoxdur:

Buna da bax: Gözdən əlil PA qarşısında [video]

“O gedən gediblər, bir dəfə gəlib maraqlanmayıblar ki, bu qədər araba əlilini apardıq tökdük ora, aqibətləri necə oldu”.

Əlillər xadimə və tibb bacısı yoxluğundan da gileylənirlər. Demələrinə görə, iynəni də bir-birlərinə elə özləri vururlar. Bütün təmizlik işlərini özləri görürlər.

“YAŞAMAĞA HƏR CÜR ŞƏRAİT YARADILIB”

Hüquqşünas Vaqif Alıyev deyir, əlillərin sosial müdafiəsi haqqında qanuna görə, onlar dövlət hesabına mənzillə təmin olunmalıdırlar. Yaşayış binaları, mənzillər onların ehtiyaclarına uyğunlaşdırılmalı, uyğun avadanlıqlarla təchiz edilməlidirlər. Kənardan qulluğa və yardıma ehtiyacı olanlara tibbi və məişət xidməti göstərilməlidir. Onlar ərzaq və sənaye malları ilə güzəştli qaydada təmin olunmalıdırlar.

Buna da bax:​ Azərbaycanda 530 mindən çox əngəlli insan var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qaynar Xətt”ə bildirilib ki, Müharibə və Əmək Əlilləri üçün Pansionatın təmirli korpusuna köçürülmüş əlillərə yaşamağa hər cür şərait yaradılıb. Qurumun işçiləri onlarla tez-tez maraqlanır. Yaxın günlərdə növbəti dəfə görüşüb problemlərini dinləyəcəklər.

Buna da bax:

Qocalar evinin evsiz qadınları
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

XS
SM
MD
LG