Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:15

"Yaxın qohumlara təzyiq ənənəyə çevrilib"


arxiv
arxiv

Azərbaycanda fərqli düşünən, tənqidi jurnalistlərin, fəalların ailələrinə, yaxınlarına basqılar davam edir. Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun ailələri onlardan imtina etdikdən, Orduxan Teymurxanın, Camal Əlinin və digər siyasi və ictimaifəalların ailələrinə edilən basqılardan sonra, Sevinc Osmanqızının bacısı Lalə ondan imtina etdiyini yazdı. Hüquq müdafiəçisi Bəşir Süleymanlının valideynləri polisə aparılır. Bütün bunları qorxduqları üçün edirlər yoxsa qorxutmaq üçün?

Son günlər ailəsi təqiblərə məruz qalan, valideynləri polis idarəsinə çağırılaraq oğlunun fəaliyyətinə görə sorğu-sual edilən hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir ki, bu kimi halların baş verməsi qanunsuzdur və həm də təəssüfləndirici haldır. Onun sözlərinə görə ailə və valideynlərə basqılar edilməklə həmin şəxslərin məşğul olduqları sahələrdən çəkindirmək məqsədi daşıyır.

Hüquq müdafiəçisi deyir ki, həmin şəxslərin özlərinə birbaşa təsir etmək gücləri az olduğu üçün onların ailələrinə basqılar edilir. Bəşir Süleymanlının fikrincə son vaxtlar bu hallar artıq ənənə halını alıb.

Bəşir Süleymanlı: "özlərinə birbaşa təsir etmək gücləri az olduğu üçün ..."
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, ölkədən xaricdə və daxildə yaşayan fəalların ailəsinə və valideynlərə təzyiqlər etməklə həmin şəxsləri ictimai-siyasi fəaliyyətlərindən uzaqlaşdırmaq istəyirlər. Hüquq müdafiəçisi bildirir ki, bəzən bu addımlar nəticə verir. Onun sözlərinə görə bəzi fəallar ailəsinə, valideynlərinə görə öz fəaliyyətlərinə müəyyən məhdudiyyət qoyurlar.

Əsabəli Mustafayev bildirir ki, geniş anlamda götürdükdə isə bu addımlar o qədər effekt vermir, insanların əksəriyyəti öz fəaliyyətlərini davam etdirirlər. Hüquq müdafiəçisi deyir ki, hökumət bəzən siyasi fəaliyyətlə həmin şəxslərin qarşısını ala bilmədiyi üçün repressiv üsullara əl atır. Onun sözlərinə görə bu ondan irəli gəlir ki, hökumət həmin şəxslərin fəaliyyətindən çəkinir.

Əsabəli Mustafayev: "bu təzyiqlər o qədər də effekt vermir..."
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00
Direct-ə keçid

Millli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa bildirir ki, ümumilikdə belə bir şeyin baş verməsi doğru deyil. Onun sözlərinə görə kiminsə fəaliyyətinə görə onun ailəsinə təzyiq etmək kimi bir qayda yoxdur.

Deputat deyir ki, hər hansı bir şəkildə məsuliyyət fərdidir. Fazil Mustafa bildirir ki, əgər belə bir hallar baş veribsə həmin şəxslər məhkəməyə müraciət edə bilər.

Fazil Mustafa: "məhkəməyə müraciət etsinlər"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

XS
SM
MD
LG