Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:04

Harry Potter seriyasından iki yeni kitab daha azərbaycanca çıxdı


Qanun nəşriyyatından Harry Potter seriyasından çıxan daha iki kitab.
Qanun nəşriyyatından Harry Potter seriyasından çıxan daha iki kitab.

Qanun Nəşrlər Evində iki yeni kitab satışa göndərilib. Bunlar “Harri Potter” seriyasının müəllifi J.K.Rowlingin ssenarisi əsasında çəkilən “Fantastik Vəhşilər və onları harada tapmaq olar” filminin obrazlar bələdçisi və sehrli-məlumat kitabıdır.

Harri Potter fanatları!

Bir “alohamora”deməyiniz bəsdir!

Sehrli dünyanın qapıları üzünüzə açılacaq!

Fantastik Vəhşilər və onları harada tapmalı

Obrazlar bələdçisi və sehrli film-məlumat kitabı bu haqdadır.

"Fantastik Vəhşilər və və onları harada tapmaq olar” məlumat kitabları fantastik vəhşilərin sehrli aləmi haqda məlumat verir. Kitabda filmdən xoşladığınız əyləncəli şəkillər, obrazlar, yer adları, sehrli əşyalar, cadular, sehrli anlar haqqında məlumatlar toplanmışdır.

Dünyanın görkəmli magizooloqu Nyut Skamander qəti inanır ki, sehrli vəhşilər öyrənilməli və mühafizə olunmalıdır. Nyut bunu öz həyatının məqsədi hesab edir və bu məqsədlə dünyanı gəzib tədqiqatlar aparır.

1926-cı ilin qışında Nyu-York şəhərinə gəlişilə onun macəraları başlayır. Bu şəhərə gələndə arxasına bağladığı paltarlarından və bir dəri çamadandan başqa onun heç nəyi yox idi. Amma onun çamadanı adi çamadan deyil, içində fantastik məxluqlar yaşayır!

Amerika sehrbazlar icmasının “Maql” adı verdiyi – çünki onun sehrbaz gücü yoxdur – Cekob Kovalski yerli bankda olan vaxt burada Nyutla qarşılaşır. Aralarında baş verən anlaşılmazlıqdan onlar bankdan çıxıb atışmalı olurlar, bu zaman onların çamadanları dəyişik düşür. Cekob evə gələndən sonra Nyutun çamadanını açanda həyatın əsl sürprizilə qarşılaşır – özü də bilmədən çamadandan Magizooloqun sevimli heyvanlarını açıb buraxır.

Buna da bax: Joanne Rowlingin nadir kitabı hərracda 470 min dollara satılıb

Bu arada naməlum və amansız bir şey Nyu-York şəhərini qorxu altında saxlayır. Maşınlar biri-birinə dəyib çevrilir, pəncərələr yerindən qopub partlayır. Bəzi No-Maclar bu nəhs halları havanın qəribə olmasıyla izah edir, başqaları isə doğru-dürüst şübhələnir: cadugərlər dinc durmur. Nyu Salem Xeyriyyə Fondunun rəhbəri Meri Lu Bereboun açıq ittihamla çıxış edir, deyir ki, dörd bir yanda cadugərlər, sehrbazlar meydan sulayır.

Cekobdan sonra onsuz da dolaşığa düşmüş Nyut şəhərdə vəhşi heyvanlarını axtararkən Amerika Birləşmiş Ştatlarının Sehr­bazlar Konqresinə (MACUSA) işləyən Tina və Qoldşteyn adlı iki ifritə bacı ilə toqquşur. Nyutun məxluqlarının qaçdığından xəbər tutan Konqres şəhərdəki qarma-qarışıqlıqda onu günahlandırır.

Nyut MACUSA-dakı rəsmiləri inandırmağa çalışır ki, onun vəhşilərinin heç bir günahı yoxdur. O, belə qırğınları əvvəllər də görüb, ona görə də inanır ki, bu, Obskurus əlamətidir, yəni bu, zülmət və qara bir qüvvədir, o zaman özünü göstərir ki, sehrbaz qabiliyyətlərilə doğulan bir uşaq həmin qabiliyyətlərini özündə məhv edir. MACUSA bu fikri heç yaxına buraxmır, deyir ki, Nyu-Yorkda Obskurus ola bilməz. 200 ildən çoxdur ki, Birləşmiş Ştatlarda belə bir şey qeydə alınmayıb, çünki Amerika cadugərləri və sehrbazları magiyayla gizli şəkildə məşğul olurlar.

Kimsə həqiqəti eşitmək istəmirsə, Nyut özünü və öz vəhşilərini necə xilas etsin?

Kitabı dilimizə Firudin Ağazadə çevirib.

XS
SM
MD
LG