Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:37

'Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları' adlı kitab çıxıb


'Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları' adlı kitab
'Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları' adlı kitab

Hərb tarixinin araşdırıcısı Azad Hüseynovun “Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” adlı kitabı çıxıb.

Milli Tarix Muzeyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, kitab azərbaycanlıların II Dünya Müharibəsində iştirakından bəhs edən “Azərbaycan 1941-1945” mövzusunda böyük layihənin davamıdır.

Kitabda Rusiya Federasiyası Müdafiə Nazirliyinin arxiv sənədlərinə əsaslanaraq döyüş meydanlarında göstərdikləri qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş azərbaycanlılar haqqında bilgi verilir.

Buna da bax:​ II Dünya müharibəsi: ölkələr üzrə insan itkisi (İnfoqrafika)

Azad Hüseynov kitaba Azərbaycandan cəbhəyə çağırılan 52 Sovet İttifaqı Qəhrəmanının tərcümeyi-halını daxil edib.

Kitabda ilk dəfə qəhrəman adına təqdim olunmuş, ancaq müxtəlif səbəblərə görə bu adı almamış 14 azərbaycanlının (onlardan ikisi-2 dəfə) tərcümeyi-halı da var.

Kitab əlifba prinsipi üzrə qurulub. Bu, oxucunun istədiyi tərcümeyi-halı tapmasını asanlaşdırır. Dövrün xüsusi hərbi terminlərinin annotasiyaları isə qavrama prosesini yüngülləşdirir.

Buna da bax:​ Bu qələbədə Azərbaycanın payı

Kitabı tarixi fotoşəkillər-təkcə qəhrəmanların deyil, həm də dövrün hərbi fotoşəkilləri bəzəyir.

Azad Hüseynov II Dünya Müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr olunmuş əsərləri ilə tanınır.

Onun “Azərbaycan 1941-1945. Aleksandr Nevski ordeni kavalerləri” və “Azərbaycan 1941-1945. Şöhrət ordeni kavalerləri” kitabları da var.

'Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları' kitabı
'Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları' kitabı

XS
SM
MD
LG