Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:55

İ.Əliyev: 'Dövlət dinə, din də siyasətə qarışmır'


İ.Əliyev
İ.Əliyev

«Bütün Azərbaycan xalqına sülh, firavanlıq, yeni-yeni uğurlar arzulayıram».

Dövlət başçısı İlham Əliyev bunu iyunun 20-si Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyx Allahşükür Paşazadənin verdiyi iftar süfrəsində çıxışında bildirib.

İ.Əliyev deyib ki, keçmiş prezident Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərini uğurla tənzimləyib:

«1993-cü ildən bütün istiqamətlər üzrə - xarici siyasət, daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o cümlədən dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlamışdır».

İ.Əliyev iftar məclislərinin özünü belə din-dövlət münasibətlərinin tərkib hissəsi adlandırıb:

«Azərbaycanda dövlət dini məsələlərə, din də dövlət işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır. Bununla bərabər dövlət və din bir yerdədir».

Sizcə, Azərbaycanda dini, irqi, milli ayrıseçkilik varmı?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

«RADİKALİZMƏ QARŞI ƏN GÖZƏL SIĞORTA SOSİAL ƏDALƏTDİR»

Dövlət başçısı vurğulayıb ki, ölkədə dini tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda radikalizm və fundamentalizmə yer yoxdur:

«Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur, o ölkələrdə ki, sosial ədalət pozulur, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir».

İ.Əliyev ölkədəki iqtisadi vəziyyəti də dəyərləndirib. O deyib ki, qeyri-neft sektoru 2 faizdən çox, qeyri-neft sənayesi isə təxminən 4 faiz artıb:

«Kənd təsərrüfatı 2 faiz, ixrac 44 faiz artıb. İdxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi islahatlar, düşünülmüş siyasət hesabına mümkün olub».

Xarici siyasət məsələsinə gəlincə dövlət başçısı bunları deyib:

«Biz bütün ölkələrlə, Avropa ölkələri ilə, müsəlman ölkələri ilə çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır. Bundan sonra da biz bu rolu oynayacağıq».

Ancaq ölkədə prezidentin iqtisadi vəziyyətlə bağlı açıqlamalarına bəzi ekspertlər şübhə ilə yanaşırlar. Onlar deyir ki, hətta rəsmi statistikaya görə, ümumi daxili məhsul azalmaqdadır. Üstəlik, ümumilikdə nə ixrac artıb, nə də idxalda azalma var.

Dövlətin dini məsələlərə qarışmadığı ilə bağlı fikirlərlə də razılaşmayanlar var. Onlar deyir ki, ölkədə ədalətsizlikdən və vicdan azadlığının boğulmasından danışan dini icmalar təqib edilir.

XS
SM
MD
LG