Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Lapşinin məhkəməsi qarşısında 2 yaşlı Zəhranın fotoları çıxarıldı


Lapşinin məhkəməsi qarşısında 2 yaşlı Zəhranın fotoları çıxarıldı. 6 iyul 2017
Lapşinin məhkəməsi qarşısında 2 yaşlı Zəhranın fotoları çıxarıldı. 6 iyul 2017

Bloqqer Aleksandr Lapşinin (Alexander Lapshin) anası oğlunun işi üzrə şahid qismində tanınsa da, məhkəməyə gəlməkdən imtina edib.

O, oğlunun vəkili Eduard Çernin vasitəsilə xəbər göndərib ki, məhkəmədə ifadə vermək istəmir. Vəkil iyulun 6-da Lapşinin işi üzrə məhkəmədə hakimlərə bu haqda məlumatı çatdırıb.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan Lapşinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri danışıb

“DOĞUM GÜNÜMÜ DƏ İTİRMİŞƏM”

Dövlət ittihamçısı təklif edib ki, Lapşinin anasının istintaqda verdiyi ifadə məhkəmədə elan olunsun. Hakim isə prokurorun nəzərinə çatdırıb ki, buna ehtiyac yoxdur, çünki Azərbaycan qanunvericiliyi yaxın qohumlara bir-birinin əleyhinə ifadə verməkdən imtina hüququ verir.

Ardından Şuşadan olan məcburi köçkünlər şahid qismində dindirilib.

Məhkəmə iclası davam etdiyi vaxt binanın qarşısında Qarabağ Azadlıq Təşkilatının üzvləri aksiya keçiriblər.
Məhkəmə iclası davam etdiyi vaxt binanın qarşısında Qarabağ Azadlıq Təşkilatının üzvləri aksiya keçiriblər.

Şahid Əsmər Xəlilova deyir ki, Lapşini Azərbaycana ekstradisiya olunandan sonra tanıyıb: "Mən erməni işğalı nəticəsində ata-baba mülkümü, hətta doğum günümü də itirmişəm. 25 ildir doğum günümü qeyd eləmirəm. Zəfər çalınacağına, doğma torpaqlarımıza qayıdacağımıza inanırdım. Amma internetdən Lapşinin məqaləsini oxuyandan sonra bu ümidim puç oldu".

Buna da bax:​ Novruz Məmmədov: 'Lapşin məsələsini siyasiləşdirmək lazım deyil'

Şahid iddia edib ki, Lapşin Azərbaycan xalqının humanistliyindən istifadə edib: "Bir neçə gün əvvəl Azərbaycan xalqı Füzuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Lapşin quldur erməniləri müdafiə edib. Ona layiqli cəza verilməsini istəyirəm".

ŞAHİD SARSINTI KEÇİRİB

Məcburi köçkün olan şahid Yunus Hüseynov bildirib ki, Lapşini Azərbaycanda görəndə sarsıntı keçirib.

Bununla da ittiham tərəfin şahidlərinin dindirilməsi mərhələsi yekunlaşıb.

Daha sonra məhkəmədə sənədlər tədqiq olunub. Lapşinin vəkili onun yazılarına dair rəy vermiş ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

Buna da bax: Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

Vəsatət təmin olunub. Məhkəmə iyulun 11-də ekspertin dindirməsi ilə davam edəcək.

Məhkəmə iclası davam etdiyi vaxt binanın qarşısında Qarabağ Azadlıq Təşkilatının üzvləri aksiya keçiriblər. Aksiya iştirakçıları Aleksandr Lapşinlə, ermənilərlə bağlı etiraz şüarları səsləndiriblər. Onlar əllərində iyulun 4-də Füzuli rayonunda qətlə yetirilən 2 yaşlı Zəhranın fotolarını tutublar.

Xatırlatma

Həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşı olan Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Buna da bax:​ 'Nardaran işi-2': 'Lapşini həyətdə gəzdirirlər...'

Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

Buna da bax:

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XS
SM
MD
LG