Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:31

Təbrizli aktyor Musiqili Teatrın “999-cu gecə”sində...


"999-cu gecə" tamaşası
"999-cu gecə" tamaşası

Oktyabrın 21-də və 22-də saat 19.00-da Musiqili Teatrda bəstəkar Fikrət Əmirovun ölməz musiqisi və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşanın özəlliyi odur ki, Təbrizin tanınmış teatr və kino aktyoru Camal Saqinejad bu tamaşada Şah obrazını canlandıracaq.

Buna da bax:​ İranın əsl xarici işlər naziri kimdir

C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında da rol alıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük coşqu və alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Rolları Camal Saqinejadla yanaşı, teatrın aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

XS
SM
MD
LG