Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:52

Jurnalistlərin binasında ev verdirmək adı ilə taksi şoferindən pul alıb


Jurnalistlər üçün tikilən bina
Jurnalistlər üçün tikilən bina

Bakının Bibiheybət ərazisində, jurnalistlər üçün tikilmiş binadan ev almaq istəyən bir xeyli adam var ki, indi prokurorluq, məhkəmə yollarında qalıblar. Onların işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə «Zaman Press» qəzetinin baş redaktoru Gündüz Hüseynovdur. O, qəzetində işləyən, eləcə də başqa peşə sahiblərindən jurnalistlərin binasında ev verdirmək adı ilə ümumilikdə 264 min manat pul alıb qaytarmamaqda suçlanır. G.Hüseynova CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Fevralın 13-də məhkəmədə məlum olub ki, ev almaqdan ötrü pul vermiş adamların bir neçəsi dünyasını dəyişib. Onların yaxınları dindirilib.

Taksi sürücüsü, müğənni necə jurnalist olub?

Şahid Sveta Qarayeva deyir ki, həyat yoldaşı Bayram İsmayılov ev almaq üçün pul verib. Həyat yoldaşı taksi fəaliyyəti ilə məşğul olsa da, təqsirləndirilən G.Hüseynov ona öz qəzetinin adından jurnalist vəsiqəsi verib: «Həyat yoldaşım rəhmətə gedib. Gündüz Hüseynova 33 min manat pul vermişdi. Bizə söz vermişdi ki, jurnalistlərin binasından ev alacağıq. Jurnalistlərə ev veriləndə, siyahı açıqlananda bildik ki, Gündüz bizi aldadıb. Onu axtarmağa başladıq, zəng çatmadı...».

Hökumətin jurnalistə ev verməsinə necə baxırsız? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

B.İsmayılov pulu G.Hüseynova notarial qaydada verib.

Başqa bir şahid Xalidə İsmayılova isə 41 min 500 manat verdiklərini deyir. Müğənni olduğunu və özünün də altı ay «Zaman Press»də çalışdığını söyləyən şahidin sözlərinə görə, qəzetdə anasının adından yazılar dərc olunurdu. Anası bir müddət öncə dünyasını dəyişib:

«Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov bizə dedi ki, jurnalistlər üçün tikilən binadan ev ala bilər. Ona pul da verdik, amma sözünə əməl eləmədi...».

«Mən belə bir qadının pulunu yemərəm»

Prokurorla hakim bu şahidin söylədikləri ilə əlaqədar təqsirləndirilən baş redaktora suallar ünvanlasa da, o, cavablandırmaqdan imtina edib. Yalnız onu deyib ki, bu qadının pulunu özü yox, başqası «yeyib».

«Məni KİV-in Həmkarlar İttifaqı «İlin jurnalisti» seçib. Mən heç vaxt Xalidə xanımın – iki körpəni təkbaşına böyüdən bir qadının pulunu yemərəm. O pul Xəyyam İsmayılovdadır. O «yeyib». Xəyyam məhkəmədə dindiriləndə bütün bu məsələlərə aydınlıq gətirəcəm», – təqsirləndirilən G.Hüseynov bildirib.

Cinayət işinin materiallarına əsasən, X.İsmayılov özü də ev almaqda ötrü 33 min manat pul verib. O, növbəti məhkəmə iclaslarının birində dindiriləcək.

Bu iş üzrə məhkəmə fevralın 20-də davam edəcək.

İndiyədək media işçiləri üçün Səbail rayonu ərazisində, Yeni Salyan yolunda iki bina istifadəyə verilib. Üçüncü binanın isə təməli qoyulub. Tənqidçilər hökumətin bu addımı medianı susdurmaq cəhdi sayır.

XS
SM
MD
LG