Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Zamirə Hacıyevanın itlə gəzintisi – 10 min funt sterlinq...


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Böyük Britaniyada çıxan “Daily Mail” qəzeti Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın it gəzdirən yerdə fotosunu dərc edib. Müxbir David Wilkes Hacıyevanın geyiminin və itinin qiymətinin birlikdə 10 min funt sterlinq olduğunu qeyd edir.

Belə ki, Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş qadının geyimi 8 min 500 funt sterlinqdən bahadır.

ÇANTASININ QİYMƏTİ 6 MIN 500 FUNT STERLINQDİR

O, itini Londonun bahalı Knightsbridge rayonundakı 11,5 milyon funt sterlinqlik malikanəsi yaxınlığında gəzdirib. Qadının ayağında 625 funt sterlinqlik Gucci Ace ayaqqabıları, 530 funt sterlinqlik Gucci zolaqlı idman şalvarı, gözündə 290 funt-sterlinq dəyərində Miu Miu gün eynəyi olub.

Buna da bax: 'Zamirə Hacıyevanın sərvəti’ Azərbaycana qaytarıla bilər

Hermes-dən ‘Constance’ əl çantası Hacıyevanın fotoda görünən ən bahalı əşyasıdır, qiyməti 6 min 500 funt sterlinqdir. Qara rəngli gödəkcəsinin isə brendi bəlli olmasa da, müxbir onun dəbinə görə təxminən 800 funt-sterlinq dəyərində olduğunu yazır.

Harrods mağazası
Harrods mağazası

Qadının gəzdirdiyi Pomeranian küçüklərinin qiyməti isə 1000 funt-sterlinqdən başlayır. Məqalədə bu itin ortalama qiymətinin 1500 funt-sterlinq olduğu vurğulanır.

Müəllif yazır ki, itlərinin tökdüyünü yığmayan sahibləri 1000 funt-sterlinqədək cərimə gözləyir. Bu səbəbdən Hacıyevanın iti gəzdirdiyi ipə bağlanmış zibil torbasını görmək “adamı riqqətə gətirir”.

XATIRLATMA

Cahangir Hacıyev 2016-cı ildə mənimsəmə ittihamıyla 15 illik həbsə məhkum edilib. O zaman xanım Hacıyeva barəsində axtarış elan olunsa da, o, elə o vaxtdan Britaniyada yaşayırdı.

İndi isə Britaniya məhkəməsi bu qadının sərvətinin mənbəyini açıqlamasını tələb edir. Artıq bu ölkənin müstəntiqləri korrupsiyada şübhəli bilinən əcnəbilərdən sərvətlərini qanuni toplamalarının sübutunu tələb edə bilir.

Hacıyeva və ərinin kimliyi bu ayın əvvəlində ictimaiyyətə açıqlanıb. Onun 2016-cı ilədək Harrodsda 16,3 milyon funt sterlinq xərclədiyi, bircə dəfəyə Boucheron və Cartier-də 150 min funt-sterlinq “qoyduğu” bildirilir.

Hacıyeva ödənişləri ərinin bankının buraxdığı 35 kredit kartıyla edib.

Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri isə etiraf edib ki, Cahangir Hacıyevin “dəbdəbəli Harrods ticarət mərkəzində sağa-sola pul xərcləyən arvadından” müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

***Buna da bax: Zamirə Hacıyeva kimdir

Keçmiş bankinin bacısı Əminə Hacıyeva isə AzadlıqRadiosu-na müsahibəsində deyirdi ki, qardaşı Londondakı evini özünün biznesindən qazandığı pulla alıb, cinayət işini bağlamamaqda məqsəd isə ailəni daim təzyiq altında saxlamaqdır.

XS
SM
MD
LG