Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:37

İranda ətraf mühit fəallarına həbs cəzası kəsilib


(yuxarıdan soldan başlayaraq): Niloufar Bayani, Houman Jowkar, Amir Hossein Khaleghi, Taher Ghadirian, Morad Tahbaz və Sepideh Kashani.
(yuxarıdan soldan başlayaraq): Niloufar Bayani, Houman Jowkar, Amir Hossein Khaleghi, Taher Ghadirian, Morad Tahbaz və Sepideh Kashani.

İranda məhkəmə yerli ətraf mühit təşkilatının altı üzvünə 6 ildən 10 ilədək həbs cəzası kəsib. Onlar casusluqda təqsirli bilinib. Xəbəri ailə üzvləri və fəallar yayıb.

Bu arada ölkədə yanacağın bahalanmasına etiraz edənlərə də qanlı divan tutulub.

Fəallar “düşmən ABŞ dövləti ilə kontaktlara” görə 22 ay həbsdə qalmışdı, Nyu-Yorkda mənzillənən İranda İnsan Hüquqları Mərkəzi noyabrın 21-də bildirib.

Mərkəzin icraçı direktoru Hadi Ghaemi-nin sözlərinə görə, ətraf mühit fəallarına qarşı “qanunsuz həbs, uzun müddət təkadamlıq kamerada saxlanaraq qəddar və qeyri-insani münasibətlə üzləşmə, gərəkən prosedural hüquqların təmin olunmaması, biabırçı şəkildə, sübut-dəlilsiz təqsirli bilinərək məhkum edilmək” kimi cinayətlər törədilib.

Daha iki fəala hələ hökm çıxarılmayıb

Ədliyyənin sözçüsü Gholamhossein Esmaili “Mizan” agentliyinə deyib ki, fəallar Tehran İnqilab Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verə bilərlər.

Məhkum edilənlərin hamısı Fars Vəhşi Təbiət İrsi Fondunun üzvləridir. Bu fond nəsli kəsilməkdə olan heyvanların qorunması, ətraf mühitlə bağlı ictimai maarifləndirməni gücləndirmək yönündə işləyir.

Morad TahbazNiloufar Bayani 10 il, Taher GhadirianHouman Jokar 8 il, Amirhossein KhaleghiSepideh Kashani 6 il həbsə məhkum ediliblər.

Tahbaz İran, ABŞ və Britaniya vətəndaşıdır.

2018-ci ilin yanvarından saxlanmış daha iki fəala hələ hökm çıxarılmayıb.

Hakimiyyət bu qrupu ətraf mühit və elmi layihələr adı altında İranın strateji əraziləri haqda məxfi informasiya toplamaqda ittiham edir.

Təqsirləndirilənlər isə ittihamları rədd edib. Human Rights Watch, Amnesty International insan haqları qrupları fəalları buraxmağa çağırıb.

XS
SM
MD
LG