Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:52

Rusiya Suriyaya raket zərbələri endirib, azı 10 nəfər həlak olub


İdlibdən qaçanlar, 24 dekabr, 2019-cu il
İdlibdən qaçanlar, 24 dekabr, 2019-cu il

Rusiya Suriyanın şimal-qərbində məcburi köçkünlərin sığındığı məktəbə raket zərbələri endirib, altısı uşaq olmaqla azı 10 nəfər öldürülüb. Məlumatı Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Zərbələr dekabrın 24-də İdlib vilayətindəki Cubas kəndinə endirilib.

Ötən həftədən Suriyanın hökumət qüvvələri Rusiyanın hava zərbələrinin dəstəyi ilə İdlib üzərinə yeni hücum başladıb. Bu region üsyançıların son istehkamıdır.

Hücum nəticəsində dinc sakinlərin Türkiyə sərhədlərinə doğru yeni axını başlanıb.

“Frans Pres” agentliyinin dekabrın 24-də bildirməsinə görə, Suriya qüvvələri hazırda üsyançıların əlində olan Maaret al-Numan şəhərinin təxminən dörd kilometrliyindədir. Agentlik məlumatı təşkilatın rəhbəri Rami Abdel Rahmana istinadla yayıb.

Maaret al-Numan paytaxt Dəməşqi şimaldakı Hələb şəhəri il birləşdirəm əsas magistral yolun üstündədir. Hökumət qüvvələrinin əsas məqsədi də bu yolu təzədən açmaqdır. Onu üsyançılar 2012-ci ildən bağlayıb.

İdlib vilayəti Al-Qaida-ya bağlı silahlıların əlindədir və orada 3 milyonadək dinc sakin də yaşayır.

BMT-nin məlumatına görə, İdlibə raket zərbələrinin artması, ərazidə döyüşlərin qızışmasından sonra yerli sakinlərin yarıdan çoxu evindən didərgin düşüb.

Suriyada 8 ildir gedən müharibədə Rusiya və İran Prezident Bashar al-Assad hökumətini, ABŞ və Türkiyə isə fərqli üsyançı fraksiyaları dəstəkləyir.

XS
SM
MD
LG