Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:57

Türkiyədə Sputnik-in jurnalistlərini saxlayıb buraxıblar


Arxiv fotosu
Arxiv fotosu

Rusiyanın dövlətə məxsus Sputnik xəbər agentliyi dörd jurnalistinin Türkiyədə polis tərəfindən qısa müddətə saxlandığını bildirir.

30-dək dildə xəbər vebsaytı olan Sputnik bildirib ki, fevralın 29-da Türkiyənin paytaxtı Ankarada bir dəstə adam üç əməkdaşının mənzillərinə soxulmağa çalışıb. Həmin dəstənin Türkiyə vətəndaşları olan jurnalistləri Rusiyanın casusları olmaqda ittiham etdikləri bildirilir.

Suriyanın İdlib vilayətində hökumət qüvvələrinin 33 türkiyəli əsgəri öldürməsindən sonra Rusiyayla Türkiyənin münasibətlərində gərginlik yaranıb. Moskva Suriya rejimini dəstəkləyir.

Sputnik qeyd edir ki, jurnalistlər martın 1-də hücumlar haqda polisə məlumat verməyə gediblər, bundan sonra agentlik onlarla əlaqəni itirib.

Sputnik daha sonra polisin onun ofisində reyd keçirdiyini, büronun baş redaktorunu saxladığını bildirir.

Martın 1-də axşam Rusiyanın Xarici işlər naziri Sergei Lavrov türkiyəli həmkarı Mevlut Cavusoglu ilə telefonla danışaraq vəziyyəti tezliklə həll etməyə çağırıb.

Bundan bir neçə saat sonra jurnalistlər azad olunublar.

Hələlik, Türkiyə hakimiyyəti məsələni şərh etməyib.

Türkiyə Jurnalistlər Birliyinin məlumatına görə, reportyorların qorxudulması və onların saxlanması qəbuledilməzdir.

“Dövlətlər arasında gərginliyin bədəlini jurnalistlər ödəməməlidirlər”, – birlik Twitter-də yazıb.

XS
SM
MD
LG