Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

Vuhanda koronovirusdan ölənlərin sayı kəskin artırıldı – Qərb mediası


Vuhanda bazar
Vuhanda bazar

Çinin mərkəzindəki Vuhan şəhəri COVID-19 xəstəliyindən ölənlərin sayını 1290 nəfər artırıb. Dövlət mediasının cümə günü yazdığına görə, statistikanın düz aparılmaması epidemiyanın pik dövründə xəstəxanaların həddən artıq yüklənməsi ilə bağlı olub.

Hazırda Vuhanda koronovirusdan 3 min 869 nəfərin vəfat etdiyi bildirilir, 11 milyonluq əhalisi olan şəhərdə virusa indiyədək 50 min 333 nəfər tutulub ki, bu da ümumi ölkə üzrə yoluxmaların (82 min 367 nəfər) üçdə ikisi deməkdir.

Rəsmi Xinua xəbər agentliyi adını çəkmədiyi rəsmiyə istinadla bildirir ki, epidemiyanın ilkin dövründə “qəbul və müalicə imkanlarının yetərli olmaması səbəbindən bəzi xəstəxanalar xəstəliyin önlənməsi və ona nəzarət sistemi ilə vaxtında əlaqə yarada bilməyib, həmin vaxt xəstəxanalar həddən artıq dolu olub, tibb işçilərinin başı xəstələrə qarışıb”.

“Nəticədə məlumatlarda əskiklik yaranıb, yanlışlıq olub”, – rəsmi bildirib.

O əlavə edib ki, xəstəxanalardan kənar baş verən ölümlər xəstəliyə nəzarət informasiya sistemində qeydə alınmayıb, bəzi təsdiqlənmiş yoluxmalar haqda gec məlumat çatdılırıb, yaxud bəzi tibb ocaqları heç məlumat verməyib.

Çinin təqdim etdiyi rəqəmlərlə bağlı çoxdan suallar dolaşırdı, Vuhan yanvarda bir neçə gün heç ölü, yaxud yoluxma sayı açıqlamamışdı. Bu da Çin rəsmilərinin pandemiyanın təsirini azaltmağa çalışması, onu daha tez nəzarətə almaq fürsətini qaçırmasıyla bağlı ittihamlara yol açmışdı.

Virus gəlirləri ‘öldürür’

Böyük Yeddilik (G7) ölkələrində yaşayanların üçdə birindən çoxu yeni koronovirus pandemiyasının onların gəlirlərinə təsir etdiyini deyir. “Reuters” bunu yeni rəy sorğusuna istinadla yazır.

“Kantar” market araşdırmaları şirkətinin keçirdiyi sorğuda respondentlərin 37 faizi gəlirlərin azaldığını, 8 faizi gəlirini tamamilə itirdiyini deyib.

Bu, pandemiyaya görə tətbiq olunmuş karantin qaydalarının iqtisadiyyata vurduğu ziyanın dərinliyini göstərir.

Beynəlxalq Valyuta Fondu 2020-ci il ərzində qlobal iqtisadiyyatın 3 faiz azalacağını bildirib və bu, 1930-cu illərin Böyük Depressiyasından bəri ən böyük azalmadır.

Koronavirus pandemiyasına görə gəlirlərinə ziyan dəydiyini deyənlər daha çox İtaliya, Kanada və Birləşmiş Ştatlar ərazisindədir.

Onlayn sorğu 9-13 aprel tarixlərində Böyük Yeddiliyin hər bir ölkəsində min nəfər arasında keçirilib.

XS
SM
MD
LG