Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:02

DST pandemiyaya reaksiyanın araşdırılmasına dair qətnamə qəbul edib (VIDEO)


DST-nin baş katibi Tedros Adhanom Ghebreyesus
DST-nin baş katibi Tedros Adhanom Ghebreyesus

Dünya Səhiyyə Təşkilatının (DST) üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində keçirilən konfransında koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrin gördüyü tədbirlərin diqqətlə araşdırılmasını nəzərdə tutan qətnamə qəbul edib.

Bu qətnamənin layihəsini Çin və Rusiya da daxil yüzədək ölkənin dəstəklədiyi Avropa İttifaqı hazırlayıb.

Sənəd rəsmi səsvermə keçirilmədən qəbul edilib, beləki heç bir ölkə, o cümlədən ABŞ da qətnaməyə qarşı çıxmayıb.

100-dən çox ölkə koronavirusun mənbəyilə bağlı istintaq aparılmasını istəyir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Sənəddə koronavirusun yayılmasına beynəlxalq reaksiyanın “qərəzsiz, müstəqil və hərtərəfli qiymətləndirilməsinə” çağırış edilir.

Bununla belə, qətnamədə virusun üzə çıxmasının səbəbinin araşdırlımasından söhbət getmir və virusun ilk yayıldığı ölkə kimi Çinin adı çəkilmir.

DST-nin yığıncağı iki gün ərzində videkonfrans formatında keçirilib.

BMT-nin baş katibi Antonio Guterres pandemiyanı “bizim zəmanəmizin ən ciddi sınağı” adlandırıb və deyib ki, epidemiyanın qarşısının alınması üçün təsirli vasitələr hələ də tapılmayıb.

Guterresin sözlərinə görə müxtəlif ölkələr virusla mübarizədə, bəzən də mübahisəli sayılacaq müxtəlif strategiyalar yürüdüblər.

Baş katib deyib ki, bəşəriyyət DST tövsiyələrinə lazımınca əməl etməmənin ağır bədəlini ödəyir.

Trump DST-ni hədələyir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Prezidenti Donald Trump Dünya Səhiyyə Təşkilatının (DST) fəaliyyətində 30 gün ərzində yaxşılaşma baş verməzsə bu təşkilata maliyyəni həmişəlik dayandırmaqla hədələyib.

Trump bu təhdidi DST Baş direktoru Tedros Adhanom Ghebreyesus-ə mayın 18-də göndərdiyi məktubda səsləndirib. Məktubda onu da qeyd edir ki, Birləşmiş Ştatlar quruma üzvlüyünə yenidən baxacaq.

“DST növbəti 30 gün ərzində böyük əsaslı təkmilləşmə həyata keçirməsə, Birləşmiş Ştatların DST-yə maliyyəni müvəqqəti deyil, daimi donduracaq və üzvlüyümüzə yenidən baxacağam”, – Trump məktubunda vurğulayır.

Çindən müstəqillik...

Trump-ın Twitter-də yerləşdirdiyi məktubda deyilir ki, yeganə yol DST-nin Çindən müstəqilliyini nümayiş etdirməsidir.

Dörd səhifəlik məktubda DST dekabrın əvvəlində Çinin Vuhan şəhərində virusun yayılmasına dair etibarlı məlumatları gözardı etməkdə, koronavirus haqda “ya tamamilə qeyri dəqiq, ya da yanıldıcı” olan iddialar səsləndirməkdə ittiham olunur.

Trump ötən ay ölkəsinin DST-yə ianələrini dayandırıb, qurumun pandemiyanı necə idarə etməsinə dair dəyərləndirməni gözləməyi qərara alıb. O zaman Trump təşkilatı Çinin pandemiya haqda “dezinformasiya”sını təbliğ etməkdə suçlayırdı.

DST rəsmiləri isə ittihamları rədd edir, qurumun şəffaf və açıq işlədiyini bildirir.

Mayın 18-də DST-nin idarə heyəti pandemiyaya beynəlxalq reaksiyanı necə idarə etməsi üzrə müstəqil dəyərləndirmə başlatmağa razılıq verib.

Pekin təhqiqatı o vaxt dəstəkləyər ki...

İndiyədək yeni koronavirus dünyada 317 mindən çox insanın həyatına son qoyub, səhiyyə sistemlərinə ağır yük yaradıb, iqtisadiyyatları əngəlləyib, milyardlarla insan karantin altında yaşamalı olub.

ABŞ-ın Səhiyyə və insan xidmətləri katibi Alex Azar DST-nin iclasında qurumu “əsas missiyası”nə yerinə yetirə bilməməkdə ittiham edib, bunun dünyada “xeyli sayda ölüm”lə nəticələndiyini vurğulayıb.

Çin Prezidenti Xi Jinping isə deyib ki, Pekin “pandemiya nəzarətə alınandan sonra” yeni koronavirusun necə yayılması üzrə təhqiqatı dəstəkləyəcək.

Xi bu müddət ərzində “açıqlıq, şəffaflıq və məsuliyyət”lə davrandıqlarını vurğulayıb.

Çin lideri Pekinin növbəti iki il ərzində pandemiya ilə mübarizəyə 2 milyard dollar ayıracağını deyib, digər ölkələri də DST-yə yardımı gücləndirməyə çağırıb.

XS
SM
MD
LG