Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:08

Obama yeni memuarında Putini iynələyir


Barak Obama (solda) və Vladimir Putin, 2013-cü il
Barak Obama (solda) və Vladimir Putin, 2013-cü il

Obama yazır ki, Putin ona 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ABŞ şəhərlərini idarə edən korrupsioner siyasi bosların müasir versiyasını xatırladır

ABŞ-ın keçmiş prezidenti Barak Obama yeni kitabında Rusiya Prezidenti Vladimir Putinə atmacalar atır, onu “kriminal sindikat”ı xatırladan hökumət lideri adlandırır.

Prezident memuarının “Vəd olunan torpaq” adlı birinci cildi noyabrın 17-də çap olunub. Obama yazır ki, Putin ona 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ABŞ şəhərlərini idarə edən korrupsioner siyasi bosların müasir versiyasını xatırladır.

Həmin boslar hamilik və rüşvətxorluğa “ticarətin qanuni alətləri” kimi baxırdılar, keçmiş prezident yazır.

“Ondan qorxmaq lazımdır”

Obamanın fikrincə, son 20 ildə Rusiyanı ya baş nazir, ya da prezident kimi idarə etmiş Putin elə bir ölkə qurub ki, “onunla yarışmaq deyil, ondan qorxmaq lazımdır”.

2009-2017-ci illərdə prezident olmuş Obamanın Putinlə münasibətləri çox gərgin olub. O hakimiyyətə gələndə ABŞ-Rusiya münasibətlərində gərgin dönəm yaşanırdı. Moskva 2008-ci ilin avqustunda qonşu Gürcüstan ərazisinə girmişdi ki, bu da Şərqi Avropada Kremlin təcavüzü sarıdan dərin narahatlıq yaratmışdı.

Obama administrasiyası ilkin dönəmdə Moskva ilə münasibətləri düzəltməyə çalışırdı. Putin 2011-ci ilin sonunda, Moskvada demokratiya tələbilə keçirilən etirazlardan sonra Obama administrasiyasını Rusiyada iğtişaşları qızışdırmaqda suçladı. 2014-cü ildə Putin Krımı ilhaq elədi, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başladı. Bununla da ABŞ-Rusiya münasibətləri Soyuq müharibə dövründən yenidən aşağı səviyyədə düşdü.

Sonradan Obama administrasiyası müttəfiqləri ilə birlikdə Rusiyanı Böyük Səkkizlikdən çıxardı.

Obama kitabında Putinin bəzi fotolarına, məsələn, at belində qurşağadək çılpaq fotosuna da söz atıb, bunu “Instagram-da çılpaq yeniyetmə” hərəkəti adlandırır.

Medvedevdən müsbət yazır

Kitabda Dmitri Medvedev daha müsbət təsvir olunur. O, 2008-2012-ci illərdə prezident postuna keçib, sonradan yenə Putin hakimiyyətə gəlib. Obama yazır ki, Rusiyanın daha gənc lideri Kremlin uydurduğu yalanların hamısına inanmış kimi görünmürdü, münasibətlərin yenidən qurulmasına həvəs göstərirdi.

Obama Medvedevlə bəzi oxşar cəhətlərindən yazır. Hər ikisi hüquq təhsili alıb, siyasətə girişib, daha yaşlı siyasətçilərdən kömək alıblar. Ancaq keçmiş prezident həm də Medvedevi “zəngin” biri kimi təsvir edir.

Obama yazır ki, 2009-cu ildə Moskva kənarında Medvedevin villasında nahar edəndə siyasətdən demək olar danışmayıblar.

"Bayden Rusiya sülhməramlılarına etiraz edə bilər" Keçmiş ABŞ diplomatı P.Qobl şərh edir.
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Buşu tənqid edir

Onun sözlərinə görə, Medvedevin həyat yoldaşı Svetlana Medevedeva yeniyetmə oğlu İlyanın atasının şöhrətindən dolayı ictimai təzyiqin öhdəsindən necə gələcəyindən narahatlıq bildirib, deyib ki, onun xaricdə təhsil almasını istəyir.

Medvedev 2012-ci ildən 2020-ci ilədək Rusiyanın baş naziri postunda çalışıb.

Obama həm də sələfi Corc Buşu Putinlə bağlı sərt mövqe sərgiləməməkdə tənqid edib.

Rusiyanın Gürcüstana qarşı beş günlük müharibəsi Buşun hakimiyyətdən getməsinə beş ay qalmış baş verib.

Obamanı isə sonradan xələfi Donald Tramp tənqid edir, onun Rusiyanın təcavüzünə qarşı özünü müdafiə etməkdən ötrü Ukraynaya silah vermədiyini deyirdi.

Memuarın birinci cildi 2011-ci ildə baş verənlərlə bitir. Putin bir il sonra hakimiyyətə qayıtdı.

XS
SM
MD
LG