Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:46

Qarabağ müharibəsi Əliyev irsini necə dəyişdi


İlham Əliyev Şuşanın azad olunmasını elan edir, 8 noyabr, 2020-ci il
İlham Əliyev Şuşanın azad olunmasını elan edir, 8 noyabr, 2020-ci il

Ekspertlər Əliyevin tarixi irsinin transformasiyaya məruz qaldığını deyirlər

Dağlıq Qarabağ müharibəsindən bəri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi obrazı dəyişib. O, “xalqın passiv yanaşdığı hegemon totalitarizmdən kütlənin dəstəklədiyi avtoritar populizmə çevrilib”. Bu haqda AzadAvropa/AzadlıqRadiosunun müxbiri Ron Sinovits yazır.

Azərbaycanın Qarabağda 44 günlük müharibə nəticəsində yeddi rayonu və Qarabağın bir hissəsinə nəzarətini bərpa etməsi ölkədə çoxunun Əliyevin liderliyinə baxışını dəyişib. Ekspertlər Əliyevin tarixi irsinin transformasiyaya məruz qaldığını deyirlər. Onların fikrincə, Bakının döyüşdə qələbəsi Azərbaycan müxalifətini özlərinə dəstəyi mobilizə etməkdən ötrü yeni hekayə qurmağa vadar edir.

“İrs müsbətə doğru dəyişib”

Müharibədən sonra media Əliyevə “Qalib Ali Baş Komandan” deyə müraciət edir, hətta siyasi müxalifətdən də onu dəstəkləyənlər var.

REAL sədri İlqar Məmmədov AzadlıqRadiosuna deyib ki, müharibədən sonra yeni milli vəhdət yaranır.

Qələbə Əli Kərimlinin H.Əliyev haqda fikrini dəyişib? 'Çox da böyük uğur deyil'
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

“Azərbaycanın tarixində ən böyük hərbi və diplomatik qələbə baş verdi. Prezident də bunu önə çəkir... İndi onun iris budur”, – ABŞ-ın Azərbaycanda keçmiş səfiri, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədri olmuş Metyu Brayza belə deyir.

“Müharibəyə qədər İlham Əliyev irsinə təhlükə vardı, çünki o, Azərbaycanın işğal altında olan ərazisini qaytara bilmirdi... İndi isə bu irs müsbətə doğru dəyişib. Bu qələbə gerçəkləşəndə onun ali baş komandan olması faktı isə müsbət irsini möhkəmləndirdi”, – Brayza sözlərinə əlavə edib.


Putin: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

“İndi o, xalq kimi danışır”

Praqadakı Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Əliyev rejiminin məntiqini və motivasiyalarını araşdırır. O, Berlindəki Henrix Boel Stiftunq fondunun bu yaxınlarda dərc etdiyi məqaləsində yazırdı ki, müharibə vaxtı Əliyevin populyarlığı pik həddə çatdı, hətta müxalifət liderləri belə onu tənqid etməyi dayandırdılar.

Səmədov AzadlıqRadiosuna deyib ki, Əliyev müharibədə özünü başqa cür – sadə insanlara daha yaxın kimi göstərməyə başladı.

“Bu, dəyişiklik idi. Müharibədən öncə o, xalqdan uzaqlığına görə tənqid olunurdu. Müharibə vaxtı çıxışlarında sadə adamların işlətdiyi və düşündüyü tərzdə metafora və ifadələri gen-bol işlətdi. İndi o, xalq kimi danışır və xalqın da bundan xoşu gəlir”, – Səmədov vurğulayır.

O əlavə edir ki, döyüşlərədək Əliyevin siyasi məqsədi “hakim partiyanın hegemonluğunu” qorumaq idi – siyasi opponentlərini təzyiq altında saxlayırdı. “Dekabrın 10-da Azərbaycanda keçirilən qələbə paradına baxsaq, bunun xalqın çətin həzm etdiyi hegemon totalitarizmdən kütlənin dəstəklədiyi avtoritar populizmə çevrildiyini görərik”, – Səmədov deyir.

İndi növbəti sual Əliyevin bu vətənpərvərlik və milli qürur dalğasına nə qədər arxalana biləcəyidir.

Beş ay sonra...

“Amnesty International” təşkilatının Vaşinqtonda yaşayan azərbaycanlı mütəxəssisi, “Turan” agentliyinin müxbiri Ələkbər Raufoğlu düşünür ki, Əliyevin indiki populyarlığının nə qədər çəkəcəyini demək çətindir. Onun fikrincə, sentyabrda əməliyyatlar başlayana qədər problemlər – iqtisadi idarəçiliyin düzgün qurulmaması, sistematik korrupsiya, hökumətin COVID pandemiyasını zəif idarə etməsi yenidən prezidenti izləməyə başlaya bilər.

Üstəlik, aparıcı müxalifət partiyaları Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini tənqid edir, bunu ölkənin suverenliyinə təhdid kimi görürlər.

Bakıda yaşayan təhlilçi Şahin Hacıyev deyir ki, hələ də Ermənistanın nəzarətində qalan Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisə həll olunmayanadək Əliyevin populyarlığı uzunmüddətli perspektivdə ziyan görə bilər. Hacıyev Əliyevin siyasi islahatlar və iqtisadi dəyişiklik həyata keçirməsinin vacibliyini də vurğulayır.

İndilik əsas məsələ Azərbaycanın məcburi köçkün əhalisinin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtması məsələsidir.

“Bundan beş ay sonra onun populyarlığının davam edəcəyini görərik. Hətta bu gün belə atəşkəsin pozulduğunu eşidirik. Ona görə də çoxları üçün köhnə hamam, köhnə tasdır”, – Raufoğlu belə deyir.

100 milyard dollar

Brayza isə işğal altında olan torpaqların hələ minalardan təmizlənməli olmasına çəkir. “Azərbaycan hökumətinin hesablamasına görə yeddi rayon və Dağlıq Qarabağın bərpasına 100 milyard dollara yaxın vəsait lazım olacaq”, – o bildirir.

Onun sözlərinə görə, Azərbaycanın bunu etməyə pulu yoxdur və beynəlxalq dəstək lazım olacaq. Bundan ötrü isə Bakı “mənəvi üstünlük” qazanmalı, ermənilərin Dağlıq Qarabağdakı evlərinə qayıtmasına icazə verməlidir.

“Bu, asan məsələ deyil. Rusiya sülhməramlı kontingenti də məhz buna görə ordadır. Rusiya sülhməramlılarının oraya yerləşməsi NATO, Birləşmiş Ştatlar, hər şeydən qabaq da Azərbaycan üçün geosiyasi geriləmədir. Ancaq onlarsız, düşünmürəm ki, etnik ermənilər Dağlıq Qarabağda qala bilərdi”, – Brayza belə deyir.

44 günlük müharibənin sonunda 2 minədək Rusiya sülhməramlısı Qarabağa yerləşdirilib. Tərəflər noyabrın 9-dək tutduqları mövqelərdə qalıblar. Azərbaycan Qarabağ ətrafındakı yeddi rayona nəzarəti ələ alıb.

XS
SM
MD
LG