Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:17

Tramp deyir ki, Baydenin inaqurasiyasında iştirak etməyəcək


ABŞ prezidenti Donald Tramp yanvarın 8-də deyib ki, o bundan bir gün əvvəl “hakimiyyətin rəvan, qaydalı və maneəsiz” ötürülməsinə çalışacağına dair bəyanat verməsinə baxmayaraq Co Baydenin inaqurasiyasında iştirak etməyəcək.

O bu barədə yazdığı tvitdə bildiririb:

“Bütün soruşanlara cavab olaraq bildirirəm ki, mən yanvarın 20-də keçiriləcək inaqurasiyaya getməyəcəyəm”.

Bu arada demokratlar Trampın vəzifəsindən kənarlaşdırılmasına çağırışlar edirlər.

Onlar bildirirlər ki, yanvarın 6-da Konqres binasına edilmiş basqını o qızışdırıb.

Trampın administrasiysı seçkinin ədalətli keçirildiyini bildirir. Xəbər verilir ki, vitse-prezident Mayk Pens inaqurasiyada iştirak edəcək.

Trampın Ağ Evdəki son saatlarını necə keçirəcəyi bilinmir.

Lakin onun Ağ Evi yanvarın 19-da tərk edəcəyinə dair söhbətlər dolaşır.

Reuters agentliyinin mənbəyi bildirib ki, Trampın Floridadakı malikanəsinə gedəcəyi gözlənilir.

Amerika tarixində nadir hadisə

Beləliklə, Tramp 1869-cu ildə Alisis S. Qrantın andiçmə mərasiminə qatılmayan Endryu Consondan sonra xələfinin inaqurasiyasına qatılmayan dördüncü prezident olacaq.

Ona qədər 1829-cu ildə Con Kuinsi və 1801-ci ildə Con Adams da belə hərəkət ediblər.

Ənənəyə görə seçilən və vəzifəsini tərk edən prezidentlər hakimiyyətin dinc ötürülməsini nümayiş etdirmək üçün Kapitoliyə birgə yollanırlar.

Bu arada yanvarın 8-də demokrat millət vəkilləri Trampa qarşı ikinci impiçment proseduruna başlayıb-başlamamaq məsələsini müzakirə edirlər.

Onlar yanvarın 6-da baş vermiş zorakılqılara görə prezidenti ittiham edirlər.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Trampa qarşı ikinci impiçment təklifini birincidən daha çox demokrat millət vəkili dəstəkləyir.

Pelosi bunu da deyib ki, o “qeyri-sabit” prezidentin hər hansı hərbi əməliyyata başlamasının və nüvə zərbəsi kodlarını işə salmasının qarşısının alınması məqsədilə Birləşmiş Qərargahlar Komitəsinin rəisi Mark Miliyə müraciət edib.

İmpiçmentə vaxt qalacaqmı?

Nümayəndələr Palatasında demokratik çoxluğun lideri Katerin Klark yanvarın 8-də CNN telekanalına deyib ki, Trampa qarşı impiçment proseduru keçənilkindən daha tez həyata keçirilə bilər.

O bildirib ki, “demokratiyanın hifz edilməsi üçün prezidentin vəzifəsindən dərhal uzaqlaşdırılması lazımdır”.

Millət vəkilinin sözlərinə görə vitse-prezident Trampın ofisdən uzaqlaşdırılması üçün Konstitusiyanın 25 maddəsini hərəkətə gətirməsə, “onda biz impiçment prosesinə başlayacağıq”.

Onun vəzifəsindən kənarlaşdırılmasına çağırışların artdığı bir vaxtda Tramp əvvəlcədən yazılmış videomüraciətində yanvarın 6-da baş vermiş zoraıkılğı pisləyib.

İki ay müddətində Baydenin qələbəsini qəbul etməməsinə rəğmən Tramp etiraf edib ki, Konqres seçki nəticələrini təsdiqləyib və yeni administrasiya yanvarin 20-də inaqurasiya olunacaq.

Buna baxmayaraq o, yanvarın 6-da baş vermiş zorakılıqlardakı roluna toxunmayıb.

Aparıcı respublikaçı senator Ben Sas yanvarın 8-də deyib ki, Tramp prezident andına xilaf çıxıb və o şəxsən impiçmenti dəstəkləyəcək.

Lakin Trampın hakimiyyətinin bitməsinə 12 gün qalır və bu müddətdə impiçment proseduru üçün kifayət qədər vaxtın olmayacağı düşünülür.

Bu arada Ağ Ev administrasiyasından istefalar davam edir.

XS
SM
MD
LG