Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:11

Türkmən bəstəkar COVID-19-dan vəfat edib


Rəcəb Rəcəbov (ortada)
Rəcəb Rəcəbov (ortada)

Bir çox sakinlər xəstə olmalarına rəğmən evdə qaldıqlarını deyirlər, çünki həkimə gedincə yoluxa biləcəklərindən ehtiyatlanırlar

Türkmənistanda tanınmış bəstəkar Rəcəb Rəcəbovun COVID-19-dan vəfat etdiyi bildirilir. Hakimiyyət isə hələ də ölkədə koronavirusun mövcudluğunu boynuna almır.

Bəstəkarın qardaşı Rəhmət Rəcəbov yanvarın 10-da Facebook-da yazıb ki, bəstəkar 76 yaşında COVID-19-dan dünyasını dəyişib.

Rəcəbovun musiqi kompozisiyalarından sovet dövründə, eləcə də Türkmənistanın müstəqillik illərində onlarla kino və sənədli filmdə istifadə olunub.

DST-nin çağırışına əməl olunmadı

Türkmənistan Orta Asiyada yeganə ölkədir ki, Dünya Səhiyyə Təşkilatına (DST) bircə yoluxma da açıqlamayıb.

DST avqustda bu ölkədə atipik pnevmoniya hallarının artmasından narahatlıq bildirdi və Aşqabadı onu müstəqil testlər aparmaq üçün ölkəyə buraxmağa çağırdı. Ancaq bu çağırış yerinə yetirilmədi.

Həbsxanalarda, məktəblərdə virusun yayılması, xəstəxanaların getdikcə daha çox dolması haqda məlumatlar gəlməsinə baxmayaraq Türkmənistan rəsmiləri israrla heç bir yoluxmanın olmadığını bildirir.

Bir çox sakinlər isə xəstə olmalarına rəğmən evdə qaldıqlarını deyirlər, çünki həkimə gedincə yoluxa biləcəklərindən ehtiyatlanırlar. Tibb ocaqlarında COVID-19 simptomlu xəstələrin çoxaldığı xəbər verilir.

AzadAvropa/AzadlıqRadiosu müxbirlərinin bildirməsinə görə, ağciyər xəstəliklərindən ölənlərin meyitləri yaxınlarına xüsusi plastik torbalarda çatdırılır, ölkədə təzə qəbirlərin sayı durmadan artır.

XS
SM
MD
LG