Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:54

10 varlının puluna...


Arxiv fotosu
Arxiv fotosu

İş saatlarında azalma isə qlobal miqyasda 3.7 trilyon dollarlıq, yaxud qlobal ÜDM-də 4.4 faizlik itki deməkdir

Dünyanın ən zəngin 10 adamının sərvəti koronavirus pandemiyası dönəmində 540 milyard dollar artıb. Ən yoxsullar isə hələ illər boyu böhranın yaratdığı çətinliklərin öhdəsindən gəlməlidirlər. Bunu “Oxfam” yoxsulluqla qlobal mübarizə təşkilatı bildirir.

Cəmi 9 aya

Amazon-un rəhbəri Ceff Bezos, Facebook-un qurucusu Mark Zukerberq və Tesla-nın təsisçisi İlon Maskın pandemiya dövründə qazandığı pula dünyada hər kəsə COVID-19 vaksini vurmaq olardı. Qrup yanvarın 25-də yaydığı hesabatda bundan söz açır. Bu arada qlobal liderlər Dünya İqtisadi Forumunun “Davos Dialoqu” virtual iclasını keçirirlər.

“Bərabərsizlik virusu” adlı hesabatda deyilir ki, planetdə mindən çox varlı koronavirus pandemiyasının ziyanını cəmi 9 aya qarşılaya biliblər. Ancaq dünyanın ən yoxsullarının virusun iqtisadi təsirini yoluna qoyması üçün on ildən çox müddət lazımdır.

“Pandemiyanın demək olar hər bir ölkədə bərabərsizliyi artıracağı potensialı var”, – hesabatda vurğulanır.

3.7 trilyon dollarlıq itki

Yanvarın 25-də BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) da hesabat yayıb. Hesabatda deyilir ki, şirkətlərə və ictimai həyata qadağalar ötən il dünyada bütün iş saatlarının 8.8 faizini sıradan çıxarıb.


Bu isə 255 milyon tamştatlı iş deməkdir və “2009-cu ilin qlobal maliyyə böhranı zamanı itirilmiş iş yerlərinin sayından təxminən dörd dəfə çoxdur”.

İş saatlarında azalma isə qlobal miqyasda 3.7 trilyon dollarlıq, yaxud qlobal ÜDM-də 4.4 faizlik itki deməkdir.

BƏT bu ilin ikinci yarısında iş yerlərinin müəyyən hissəsinin bərpasını gözləyir, amma bunun yoluxmaların azalması, peyvəndlərin vurulmasından asılı olduğunu bildirir.

“Oxfam” isə pandemiya nəticəsində 500 milyon nəfərin səfalət içində yaşadığını qeyd edir.

XS
SM
MD
LG