Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:26

Azatutyun: Paşinyanın İskander barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb


İskander raket kompleksi
İskander raket kompleksi

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın İskander ballistik raketləri barədə dedikləri Moskvada əsl hiddət fırtınasına səbəb olub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Viktor Zavarzin fevralın 24-də “Qovorit Moskvı” radiostansiyasına müsahibəsində Paşinyanı yalançılıqda ittiham edib.

Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı İskander raket komplekslərinin “keyfiyyətsizliyindən” söz açmışdı.

O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış İskander raketləri “tam gücü ilə partlamayıb”.

Lakin Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, bu raketlərlə bağlı heç bir problem ola bilməzdi.

Xırdalan üzərindəki partlayışın izi ilə (Raket atılıbmı)
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

“Təslimçi” ilə “rədd edilmiş”

Nikol Paşinyan İskander barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi.

Sarkisyan demişdi ki, o bu raketlərin niyə müharibənin üçücü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında və başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılımadığını başa düşmür.

Armnyus saytına müsahibəsində keçmiş prezident bunu da iddia etmişdi ki, onda İskander raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var.

Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.

Sarkisyan öz müsahibəsində Paşinyanın adını çəkməmiş, onu “kapitulyant” adlandırmışdı. Paşinyan da Sarksiyanın adını çəkməyib və onu “rədd edilmiş” adlandırıb:

“Rədd edilmiş bir çox sualların cavabını bilir və cavabını bildiyi sualları verməməlidir. Bəlkə o belə bir suala cavab versin ki, niyə atılan İskander raketi və raketləri partlamayıb və ya cəmi 10 faiz effektlə partlayıb”.

Baş nazir bu raketlərin 1980-ci illərin silahı olduğunu deyib.

İlham Əliyev daha Qarabağ problemi yoxdur deyir, Qarabağda şənlik keçirilir - regionda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

“Rəqqasa ayaqları mane olub”

Zavarzin iddia edib ki, İskander raketləri yüksək dəqiqliyə malik müasir silahdır və bundan əvvəl dəfələrlə hərbi təlimlərdə özünü doğruldub və buna qətiyyən şübhə edilməməlidir.

Rusiya Dövlət Dumasının başqa bir deputatı, Rusiya-Suriya parlamentlərarası dostluq komitəsinin başçısı Dmitri Sablin deyib ki, Paşinyanın İskander raketləri barədə dedikləri ən azı onun səriştəsizliyini göstərir:

“Pis qərrasa ayaqları mane olar. Bu atmacalı xalq məsəli bu yaxınlarda baş vermiş müharibədə İskander raketlərindən istifadə edildiyini və onların köhnəldiyini deyən Ermənistan liderini çox yaxşı xarakterizə edir”.

Rusiya mediasını qəzəbləndirib ki...

Azatutyunun yazdığına görə Rusiya mediasını qəzəbləndirən bu olub ki, Ermənistan Moskvanın keçmiş sovet məkanında İskander raket sistemini satdığı ilk ölkə olub.

“Vedomosti” qəzeti xatırladıb ki, Ermənistan Rusiyanın İskander raket kompleksini satdığı ilk xarici ölkə olub və Yerevan bu raketləri 2016-cı ildə keçirdiyi hərbi paradda nümayiş etdirib.

“Meduza” müstəqil internet qəzeti isə qeyd edir ki, Ermənistan İskander raketini almış yeganə xarici dövlətdir.

Xəbərdə deyilir ki, Ermənistana 4 İskander kompleksi verilib.

Hərbi ekspert Aleksandr Qolts “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib ki, İskander raketlərinin döyüş xüsusiyyətləri barədə təsəvvür heç kəsdə yoxdur.

Paşinyanın bəyanatı barədə Gazeta, Lenta, Kommersant və Vesti nəşrləri də fikir bildiriblər.

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

İskander atılıb, ya atılmayıb?

RIA Novosti agentliyi yazır ki, Qarabağ müharibəsində İskander raketlərindən istifadə edildiyi barədə məlumatı ilk dəfə ötən ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan vermişdi.

Rusiya mediası yazır ki, Paşinyan Ermənistanın Azərbaycana qarşı İskander raketlərindən istifadə olunmasını faktiki olaraq təsdiqləyib.

Keçmiş müdafiə naziri Seyran Ohanyan deyib ki, İskander raket kompleksləri 2015-ci ilin sonlarında, onun vəzifədə olduğu vaxt alınıb:

“Mən düşünmürəm ki, belə bir şey mükündür. Bu nə deməkdir ki, raketlərdən 10 faiz istifadə edilib və ya raketlər cəmi 10 faiz partlayıb? Bu nə deməkdir? Raket hədəfə dəyəndə onun 10 faizi partlayıb, 90 faizi partlamayıb?..”

Paşinyan komandasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, baş nazirin bəyanatı dəqiqləşdirilməlidir.

Koçaryan Şuşa istiqamətində İskander raketlərindən istifadə edilməsi barədə iddianın doğru olmadığı bildirib.

Rəsmi Moskva hələki Paşinyanın bəyanatına münasibət bildirməyib.

XS
SM
MD
LG