Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:10

Ermənistan prezidentinə qarşı impiçment prosesi başlana bilər


Armen Sarkisyan,31 dekabr 2020
Armen Sarkisyan,31 dekabr 2020

Ermənistandakı "Mənim Adımım" hakim parlament fraksiyası ölkə prezidentinə qarşı impiçment prosesinin başlaya biləcəyinin mümkünlüyü açıqlayıb.

Bu barədə fraksiyada təmsil olunan deputat Vahagn Hovakimyan özünün Facebook səhifəsində paylaşım edib.

İmpiçment məsələsi baş nazirdən prezident Armen Sarkisyana göndərilən fərman layihəsinin imzalanmadan geri qaytarılması ilə əsaslandırılır.

Belə ki, bu həftə baş nazir Nikol Paşinyan hərbi çevrilişə cəhddə ittiham etdiyi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı prezidentə fərman layihəsi göndərmişdi.

Prezident isə bu sənədi imzalamaqdan imtina edərək geri qaytarıb.

Paşinyan bu məsələdən narahatlığını ifadə edərək sənədi imzalamaq üçün təkrar prezidentə göndərəcəyi bildirib.

Nikol Paşinyan, Yerevanda mitinqdə çıxış edir
Nikol Paşinyan, Yerevanda mitinqdə çıxış edir

Hovakimyanın sözlərinə görə, ilk baxışdan prezidentin bu addımı konstitusiya səlahiyyətlərindən istifadə etdiyi kimi görünsə də bu heç də elə deyil.

" Prezident fərman layihələrini özbaşına təklif edən orqana qaytara bilməz. Konkret olaraq, bu vəziyyətdə baş nazir, səlahiyyətləri daxilində (Konstitusiyanın 155-ci maddəsi) Baş qərargah rəisinin istefasını təklif etdi. Ən çılğın təxəyyülə sahib olan insan belə bu prosesdə hər hansı bir antikonstitusion element görə bilməz...“


Deputat hesab edir ki, belə bir yanaşma dövlət təhlükəsizliyini təhdid edə və ölkədəki sabitliyin pozulmasına səbəb ola bilər.

"Bu səbəbdən, Konstitusiyanın kobud şəkildə pozulması (maddə 141) əsasında prezidentə qarşı impiçment prosesinə başlamaq üçün açıq əsasların olduğunu deyə bilərik" deyə Vahagn Hovakimyan vurğulayıb.

Arxiv foto
Arxiv foto

Ermənistan Konstitusiyasının 141-ci maddəsinə əsasən “Respublika Prezidenti dövlətə xəyanət, digər ağır cinayət və ya Konstitusiyanı kobud şəkildə pozduğu halda vəzifəsindən kənarlaşdırıla bilər”.

“Ölkə başçısının vəzifəsindən kənarlaşdırılması üçün əsasların olması barədə rəy almaq üçün parlament, ümumi deputat sayının səs çoxluğu ilə qəbul edilən qərarla Konstitusiya Məhkəməsinə müraciət edir.

Milli Məclis, Konstitusiya Məhkəməsinin rəyi əsasında Respublika Prezidentinin vəzifəsindən kənarlaşdırılmasına ümumi deputat sayının ən azı üçdə ikisinin səsi ilə qərar verir“ deyə ölkə konstitusiyasında qeyd olunur.

XS
SM
MD
LG