Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:22

AB vaksin ixracına yeni qaydalar tətbiq edəcək


İllüstrativ foto
İllüstrativ foto

Bu qaydalar AB-nin ixracı dahandıracağı anlamına gəlmir, amma hökumətlərin ixracı məhdudlaşdırması üçün baza rolunu oynayacaq

Avropa Birliyinin (AB) Britaniya və digər ölkələrə COVID-19 vaksini ixracının bloklanması üçün yeni qaydaları açıqlayacağı gözlənir. Birlik yoluxmaların üçüncü dalğası ilə mübarizə aparır, vaksinasiya isə ləng gedir.

Martın 24-də açıqlanacaq yeni qaydalar layihəsi Britaniyanı və “qarşılıqlı mübadilə” istəyən digər vaksin istehsal edən ölkələri hədəf alacaq. AB-nin idxal etdiyindən artıq vaksin ixrac etməyəcəyi gözlənir.

Vaksin ixracı bu halda dayandırıla bilər

Vaksinasiya səviyyəsi yüksək olan, yaxud koronavirus pandemiyasının “elə də ağır olmadığı” ölkələrə AB-dən göndərişlər dayandırıla bilər.

Bu qaydalar AB-nin ixracı dahandıracağı anlamına gəlmir, amma hökumətlərin ixracı məhdudlaşdırması üçün baza rolunu oynayacaq.

İndiyədək ixrac qadağalarından azad olan qeyri-AB ölkələrinin siyahısı bütünlükdə layihədən çıxarılıb. Onlar əsasən Avropanın yoxsul qonşularıdır.

AB-də vaksinasiyada yubanma və təchizat problemləri irimiqyaslı siyasi qalmaqala səbəb olub.

Birlik 30-dan çox ölkəyə 42 milyon doza vaksin ixrac edib, özünün 27 üzvü arasında cəmi 70 milyon doza paylanıb. Britaniya AB-dəki fabriklərdən daha çox vaksin alıb, amma fevral-mart aylarında bloka demək olar vaksin ixrac etməyib.

Yubanma olarsa...

Yeni qaydalara görə, şirkət rüblük kontrakta əməl etmirsə, yaxud müddətin sonunadək təchizatı yubatmağa çalışırsa, AB də ixracı bloklaya biləcək.

Bu tədbirlərin AstraZeneca və Johnson & Johnson şirkətlərinə təsiri ola bilər, onlar vaksin təchizatının yubandığını elan ediblər.

AstraZeneca bu ilin ilk üç ayında 100 milyondan çox doza göndərməyi vəd etsə də, onun yalnız 25 faizini təchiz edib.

Amma yeni qaydalar AB-dəki bütün vaksin istehsalçılarına təsir göstərə bilər. Moderna və Pfizer/BioNTech-in bloka vaksin təchizatında yubanmalar var, amma ümumilikdə birinci rüb üçün hədəflərinə çatmağı planlayırlar. AB ilin sonunacan hər hansı yubanmanı önləməyə çalışır.

AB bu ay yanvarda təsis etdiyi ixraca nəzarət mexanizmini işə salaraq AstraZeneca-nın Avstraliyaya vaksin göndərişinin qarşısını alıb. Bundan öncə şirkət AB-yə birinci rüb təchizatında yubanma olacağını açıqlamışdı.

XS
SM
MD
LG