Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Rusiya Sputnik V-ni həm ixrac, həm də idxal edir – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Rusiya hökuməti Sputnik V vaksininin istehsalı üzrə Cənubi Koreya ilə müqavilə bağlayıb və bu ölkə artıq Rusiyaya peyvənd göndərib. Hindistandan bir şirkətlə də eyni plan həyata keçiriləcək

Rusiya Sputnik V vaksinini dünyaya alimlərinin uğuru kimi təqdim edir. Amma ölkənin peyvəndləmə proqramı idxal olunan vaksindən də asılıdır. Bu haqda “The New York Times” qəzeti yazır.

Rusiya hökuməti Sputnik V vaksininin istehsalı üzrə Cənubi Koreya ilə müqavilə bağlayıb və bu ölkə artıq Rusiyaya peyvənd göndərib. Hindistandan bir şirkətlə də eyni plan həyata keçiriləcək.

Hindistanla dörd saziş imzalanıb

Müəllif Endrü Kramer yazır ki, razılaşmaların şərtləri açıqlanmadığından idxalın miqyasını dəyərləndirmək çətindir. “Amma bunlar Rusiyanın vaksin ixracatçısı kimi pandemiyada rolu haqda ehtiyacı olan ölkələr qarşısındakı təqdimatına ziddir”, – o yazır. İdxalın gələn həftələr və aylar ərzində sürətlənəcəyi gözlənir.

Rusiya rəsmiləri ötən payız deyirdilər ki, xaricdəki istehsal ölkənin tələbatının yalnız bir qismini ödəyə bilər. Amma o vaxtdan idxal olunan məhsul haqda susublar. Rusiya dekabrda Cənubi Koreyanın GL Rapha şirkətindən iki yük təyyarəsi peyvənd alıb, bir neçə günə daha biri gəlməlidir.

Hindistan diplomatları da Rusiyanın hazırladığı vaksindən bu ölkəyə göndəriləcəyini bildiriblər. Rusiyanın Hindistanla dörd istehsal sazişi imzaladığı xəbər verilir.

Rusiyanın özündə vaksin istehsalının ləng getməsinə səbəb istehsalçıların Çindən biotexnologiya avadanlığını əldə edə bilməməsidir, məqaləyə vurğulanır.

Prezident ötən həftə Vladimir Putin elan elədi ki, ölkədə 8.9 milyon nəfərə vurmağa Sputnik V peyvəndi var. Amma hələlik, əhalinin yalnız 4.4 faizinə azı bir doza vurulub. Avropa Birliyində bu göstərici 10, Birləşmiş Ştatlarda isə 26 faizdir.

AB-nin qadağasının Serbiyaya təsiri

“The Financial Times” qəzeti isə Serbiya Avropada adambaşına vaksinasiya səviyyəsinə görə öndə getməsindən yazır.

7 milyon əhalisi olan ölkədə 2.1 milyondan çox adama azı bir doza vaksin vurulub.

“Bunu necə eləyə bilərlər axı? İnanmıram bunu etsinlər, çünki inanılmaz olardı. Serbiyada hər kəs bundan qəzəblənər”, – o, qəzetə müsahibəsində deyib.

Serbiya Avropada Sinopharm vaksini alan ilk ölkə olüb, həmçinin Rusyanın Sputnik V vaksinindən yüzminlərlə doza əldə edib. Apreldə isə AB-nin fabriklərindən 450 minə yaxın Pfizer dozası gələcəyi gözləyir.

Vuçiç Pfizer vaksinlərinin pulunu artıq ödədiklərini vurğulayıb. O, aprelin sonunadək 2.2 milyon nəfərə, yaxud yetkin yaşlı əhalinin 37 faizinə vaksinin tam vurulacağını proqnozlaşdırır.

XS
SM
MD
LG