Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:05

İranda yoluxanların sayı 2 milyonu keçdi


Əlcəzair aprelin 7-də bəyan edib ki, sentyabrdan Sputnik V-ni Moskva ilə əməkdaşlıq çərçivəsində istehsal edəcək

İran hakimiyyət orqanları bildiriblər ki, ölkədə Novruz bayramının ardınca COVID-19-a yoluxmaların sayı 2 milyonu keçib və hazırda gündəlik yoluxma 22 min nəfərdən çoxdur.

İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sədat Lari bildirib ki, aprelin 7-dən bəri 118 ölüm hadisəsi ilə koronavirusdan vəfat edənlərin ümumi sayı 63 min 884 nəfərə çatıb.

Aprelin 8-də dövlət mediasının verdiyi məlumata görə pandemiyanın əvvəlindən indiyədək İranda 2 milyon 6 min 934 yoluxma qeydə alınıb.

Bəzi tənqidçilər bildirirlər ki, hökumət real rəqəmləri gizlədir və əslində yoluxma və ölümlərin sayı qat-qat çoxdur.

Ekspertlər ölkədə yoluxmaların kəskin artmasına iki həftə davam edən Novruz bayramının səbəb olduğunu deyirlər.

82 milyonluq əhalisi olan İran indiyədək ölkədə karantin elan etməyib.

İranda vaksinasiyaya fevral ayında başlanıb.

Bavariya Sputnik V alacaq

Almaniyanın Bavariya vilayəti Rusiyanın koronavirusa qarşı Sputnik V vaksini Avropada təsdiqlənəndən sonra ondan 2.5 milyon doza almaq üçün razılaşma imzalayıb.

Ştatın baş naziri Markus Soeder aprelin 7-də deyib ki, Sputnik V-nin alınması üçün anlaşma memorandumu imzalanıb.

Vaksin Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənərsə, Bavariya ondan 2.5 milyon doza əldə edəcək və vaksinlər Bavariyanın İllertissen şəhərində istehsal olunacaq.

İllertissendə istehsal bu il başlana bilər, Bavariyanın Səhiyyə naziri Klaus Holetsşek deyib. Onun sözlərinə görə, “bu, çox effektli vaksindir” və memorandumda dərmanın idxalı da nəzərdə tutulub.

EMA ekspertləri Rusiyaya gedəcək

Hazırda EMA Sputnik V-ni təsdiqləmək üçün nəzərdən keçirir. Bu ayın sonuna EMA ekspertləri Rusiyaya səfər edərək vaksinin istehsal və saxlanma prosesini nəzərdən keçirəcəklər.

Rusiya Sputnik V-ni avqustda istifadəyə təsdiqləyib və COVID-19-a qaşı ilk vaksin olduğunu bəyan edib. O zaman vaksin hələ üçüncü mərhələ sınaqlardan keçməmişdi.

Almaniya vaksinasiyanın ləng getməsinə görə tənqid olunub. Ölkə hələ ötən ay deyirdi ki, EMA tərəfindən təsdiqlənərsə, Sputnik V-nin istifadəsinə açıq olacaq.

Əlcəzair aprelin 7-də bəyan edib ki, sentyabrdan Sputnik V-ni Moskva ilə əməkdaşlıq çərçivəsində istehsal edəcək. Ölkənin farmaseptik sənaye nazirinin bildirməsinə görə, hasilat Afrika ölkələri üçün nəzərdə tutulub.

Bu Şimali Afrika ölkəsi artıq 50 min doza Sputnik V əldə edib. Vaksin Saidal dövlət şirkəti ilə tərəfdaşlıq çərçivəsində buraxılacaq, Hindistan laboratoriyası prosesə yardım göstərəcək.

XS
SM
MD
LG