Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

2014-də Ukraynada sərnişin təyyarəsinin vurulması ilə bağlı yeni məlumatlar


Serqey Dubinskiy
Serqey Dubinskiy

Donbass səması üzərində 2014-cü ildə "Boing"sərnişin təyyarəsinin vurulması hadisəsi ilə bağlı əsas şübhəlilərdən biri olan Serqey Dubinskiy bir neçə saat ərzində hadisədən xəbərsiz olub. Bu barədə telefon danışıqlarına istinadla Hollandiyanın NOS televiziyası xəbər yayıb.

Dubinskiy həmin vaxt Donbassdakı separatçı qurumun müdafiə naziri İqor Strelkov-Qirkin-nin müavini olub.

NOS xəbər verir ki, araşdırmalar çərçivəsində Malaziya hava nəqliyyatına məxsus sərnişin təyyarəsinin vurulmasından əvvəl və sonra Dubinskinin minlərlə telefon danışığı dinlənilib.

Məlumatlara görə, telefon danışıqlarını Ukraynanın xüsusi xidmət orqanları tutublar və səs yazıları beynəlxalq məhkəməyə təqdim edilib.

Danışıqların təhlili göstərir ki, Rusiyanın Dombassdakı separatçılara təsiri 2014-cü ilin iyununda artıb.

Təyyarənin vurulduğu gün Dubinskinin Moskva ilə telefon bağlantıları olub. Jurnalistlərin məlumatına görə, separatçı qurumun müdafiə naziri İqor Strelkov-Qirkin Moskva ilə "ən yüksək səviyyə"də danışıqlar aparıb.

Səs yazılarından aydın eşidilir ki, Dubinskiy həmin gün separatşıların ərazisində olan "Buk" raket kompleksi haqqında necə danışır.

Dubinskinin sözlərindən aydın olur ki, sözügedən silan Ukraynanın Marinovka şəhəri ərazisindəki qırıcı təyyarələrə qarşı istifadə etmək üçün vacib imiş.

İstintaq matereallarına görə, sərnişin təyyarəsi məhz həmin "Buk"-la vurulub.

Boeing-in vurulmasından təxminən yarım saat sonra Dubinskinin telefon danışıqlarından belə çıxır ki, separatçılar bir Ukrayna döyüş təyyarəsini vurduqlarını bildiriblər.

Separatçı qurumun müdafiə nazirinin müavininin bir sərnişin təyyarəsinin vurulduğunu öyrənmək üçün təxminən iki saat çəkib.

Dubinskiy izahat tələb edir. Həmkarları Boeing-in Ukrayna hərbi təyyarəsi tərəfindən vurulduğunu iddia edirlər.

Amma atəş açma əmrini kim tərəfindən verildiyi dinlənilən telefonlardan danışıqlarından müəyyən etmək olmur.

Malayziya təyyarəsinin Rusiya raketi ilə vurduguna dair sübutlar açıqlanıb
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Sərnişin təyyarəsinin Ukrayna hərbçiləri tərəfindən vurulması ilə bağlı separatçıların yaydığı məlumatları sonradan Moskva da təkrarlayıb.

Bir müddət sonra Rusiya tərəfi sərnişin təyyarəsinin Ukrayna hərbçiləri tərəfindən vurulması iddiasından imtina edib və təyyarənin "Buk"un daha köhnə versiyası ilə vurulduğunu bildirib.

Məlumatlarda bildirilib ki, Rusiya ordusu bu silahı müdafiə arsenalından hələ 2011-ci ildə çıxarıb, amma həmin silah Ukrayna ordusunda hələ də qalmaqdadır.

Beynəlxalq araşdırmaçılar bu ehtimalı inkar ediblər. Beləki Dubinskinin telefon danışıqlarında raketin kimə məsusluğu müzakirə olunmur.

Vurğulanır ki, Dubinskiy və ortaqlarının raketin hansı məqsədlə atıldığını bilməməsi ilə bağlı səslənən ehtimallar heç bir əhəmiyyət daşımır.

2014-cü il iyunun 17-də sərnişin təyyarəsinin vurulması nəticəsində 298 nəfər həlak olub. Sərnişinlərin əksəriyyəti Hollandiya vətəndaşları olub. Hadisəyə görə separatşılara aid olan dörd nəfərə qarşı ittiham irəli sürülüb.

Onlardan 3 Rusiya, biri Ukrayna vətəndaşıdır. Nollandiyada məhkəmə prosesi 2020-ci ilin martında balayıb, amma bu prosesdə ittiham irəli sürülənlərdən heç biri iştirak etməyib.

Təkcə bir nəfər-Oleq Pulatov vəkilləri ilə təmsil olunub. Onun nümayəndələri NOS televiziyasının müraciətlərinə cavab verməyiblər.

İstintaq hesab edir ki, təyyarənin Rusiya hərbçilərinə məxsus qurğudan atılan raketlə vurulması sübut olunub. Amma hələki raketin atılma əmrinin kim tərəfindən verildiyi və bunun bilərəkdən və təsadüfən baş verdiyi aydın deyil.

Rusiya hakimiyyəti bu və digər formada bu hadisəyə bağlılığını inkar edir.

XS
SM
MD
LG